GÖZ BAZASI NƏDİR?

Ən çox verilən suallardan biri də göz bazası nədir? Hansi göz bazası yaxşıdır? Hardan əldə etmək olar?

Bugün bu sualların cavabını verəcəm.

 

Göz bazası nədir? Nə üçün istifadə olunur?

 

Qeyd edim ki, göz bazası,  göz kölgəsinin rəngini daha gözəl, daha aydın və daha parlaq verilməsi üçün nəzərdə tutulub. Üstəlik, göz kölgəsi uzun müddət qalır gözün üzərində, qırışlara dolmur.

 

Hansı göz bazası yaxşıdır?

 

Həmişə istifadə etdiyim məhsullar barədə məsləhətlər verə bilirəm.

Məndə 3 cür göz bazası var. Daha doğrusu 2 cürdü, 3cü piqmentin oturması üçündür. Hamısı barədə növbə ilə yazacam.

 

İlk öncə çox məşhur, çox sevilən, mənim də çox sevdiyim, çox istifadə etdiyim + bitmək bilməyən Urban Decay Original.

DSC_0017

DSC_0006

Məndə bu balaca ölçüdə olan göz bazası, Urban Decay Smoked göz kölgəsi paletindən çıxıb. Çox kiçikdir və bitmək bilmir ki, məndə böyük olanı da var, onu istifadə edim 😀

Online shoplardan əldə edə bilərsiniz, məsələn feelunique.com  və ya lookfantastic.com saytından.

 

Əladır, almağa dəyər. Sizə sonda əlimdə göstərəcəm effektini.

 

Qiyməti, rəsmi saytlarinda 20 $ , digər saytlarda 24-25 euro.

 

Növbəti İnglot.

DSC_0010

Bu məhsul barədə heç yazmaq istəməzdim, o dərəcədə keyfiyyətsizdir. Rəngi də narıncıya çalır, heç bir effekti də yoxdur. Çox zəif məhsuldur.

 

Qiyməti dəqiq yadımda deyil, şəhərdəki, İnglot mağazalarından tapa bilərsiniz.

 

 

Və ən son, çox sevdiyim, piqmenti göz qapağına oturtmaq üçün nəzərdə tutulan, İnglot Duraline.

DSC_0018

 

Bu məhsul barədə daha əvvəl yazmışam. Yenə qeyd edirəm.

Bildiyiniz kimi, piqmentlər toz şəklində olur, göz qapağından tökülmə ehtimalı var. Bu məhsul isə, yağ kimidir.

Lakin, bu məhsuldan göz kölgəsi bazası kimi də istifadə etmək olar. Çox möhkəm saxlayır, rəngi inanılmaz güclü verir ( ya da inanılan 😀 )

Bunu da şəhərdə İnglot mağazalarından əldə edə bilərsiniz.

 

İnglot mağazaları, 28 mallda, Park Bulvarda, Fəvvarələr meydanında var.

 

 

Budur, sonda əlimdə göstərirəm.

Soldan sağa

1. İnglot Duraline

2.İnglot

3. Urban Decay Original

 

DSC_0004

 

Bu şəkil isə əlimi salfetlə (quru) sildikdən sonra. Urban Decay original və İnglot Duraline məndən tam təsdiq alır! 🙂

DSC_0006

 

Xarici bloggerlərin istifadə edib razı qaldıqları bir baza da var, Mac Paint Pot, mən də əldə etmək istəyirəm, lakin, Urban Decay deyəsən mənim ömrümün axırına kimi bəs edəcək! 😀

Leave a Reply