GÜNDƏLİK MAKİYAJ

Gündəlik makiyaj.

Gündəlik makiyaj nədir, necə olmalıdır?

Gündəlik makiyaj sadə olduğu halda, cəlbedici olmalıdır. Qüsurlar sadə kosmetik vasitələrlə örtülməlidir. Bunun üçün siz öz üzünüzü yaxşı tanımalısınız.

Həmçinin gündəlik makiyajda siz istənilən rəng dodaq boyasından istifadə edə bilərsiniz, çünki, gündəlik makiyajda gözlər sadə olur.

Mən şəxsən gündəlik makiyajda daha rəngli dodaq boyalarından da istifadə edirəm, qırmızı rəng edəndə sadəcə qara layner, tünd çəhrayı rəng olanda sadece tuşla kifayətlənirəm. Bir də gündəlik makiyajda qətiyyən qaşlarınızı unutmayın. Qaşlar üzə gözəllik və yaxud əksinə eyb verən ən önəmli hissəsidir. Onlara düzgün forma verin, seyrəkdirsə göz kölgəsi, yaxud qaş qələmi ilə doldurun. Həmçinin formasini da dəyişə bilərsiz. Qaşlarınızı da çox nazikləşdirməyə cəhd etməyin, təbii və səliqəsiz (amma səliqəli formada) qaşlar həmişə sevilir! 🙂

Bu videoda istifadə etdiyim məhsulların siyahısı :

  • Tonal orem – Bourjois Paris Healthy mix – no 51 və 55
  • Konsiler – Benefit erase paste – no 02 (medium)
  • Pudra – İnglot no 55
  • Bronzer – İsadora no 41 (terracotta tan)
  • Göz kölgəsi – Urban Decay Smoked – birinci freestyle, daha sonra backdoor
  • Layner – Mac gel eyeliner
  • Tuş – Benefit They are real
  • Göz kölgəsi (qaşlarımda istifadə etdiyim) – Yves Rocher no 71
  • Dodaq qələmi – Jade no 314
  • Dodaq boyası – İnglot 03
  • Dodaq parıldadıcısı – Ellen Tracy
  • Allıq – Paul & Joe no 08

İnstagramda da məni mütləq izləyin!

Instagram – @visage_byays

Leave a Reply