HİGHLİGHTER NƏDİR VƏ HARADA İSTİFADƏ OLUNUR

Bugün mənə ən çox verilən suallardan birinə cavab verəcəm!

Highlighter nədir, highlighter nə üçün və harada istifadə olunur?

Highlighter – parıldadıcı hesab olunur.  Məşhur ulduzlarda gördüyümüz  üzün müəyyən hisssələtindəki parıltını məhz highlighter yaradır. 

Nə üçün istifadə olunur? Üzün hər hansı hissəsini böyütmək, göz önünə gətirmək, parlaqlıq vermək üçün highlighterdən istifadə olunur. 

Harada istifadə olunur? Qırmızı ilə nöqtələdiyim yerlərdə. 

  • T zona (burun, alın)
  • göz altı (yanaq üstü)
  • qaş altı
  • dodaq üstü
  • çənə     

 

image

 

 

Alnınız və ya çənəniz böyükdürsə – bu prosedura ehtiyac yoxdur. 

 Məndə üç cür highlighter var, ikisi İnglotdan, digəri Macdan.

image

İnglot çəhrayı-ağ rəng çalarlarında olan highlighteri çox yüngüldür, üzdə demək olar bilinmir. Nömrəsi 83

image

Digər tündrəngli highlighterim isə, bronze rəngli makiyajda istifadə olunur. Parıltısı azdır. İnglot, nömrəsi isə 87

image

 

Üçüncü, ən sevdiyim krem teksturalı Mac  Pearl highlighteridir. Çox gözəl parıltısı var, hər bir makiyaja uyğundur. Sadə makiyajda etsəniz, üzünüzdə təbii, təravətli parlaqlıq yaranacaq. 

image

 

Bu isə əlimdə yaratdıqları görüntü, gördüyünüz kimi, İnglot 83 nömrənin parlaqlığı demək olar heç yoxdur, İnglot 87 sadece reng var, parlaqlıq güclü deyil, Mac isə tam parlaqlıq verir. 

image

Belə qızlar, ümid edirəm bu postla başa sala bildim! 🙂 

 

İnstagram : @visage_byays 

Youtube channel : visagebyays

2 Comments

  • $efa says:

    Salam.men 3ildir artiq evdar xanimam.2 usaq sahibi olmusam bu illerde.usaq olandan ozumu tamam unutmusdum. Sadece gozume ya qelem ya da surme cekirdim.bu Hal meni depresiv etmisdi. Indi instagram da sizin ve benEri xanimlarin heyatima girmesi ile renglendi dunyam. Qeyd edimki evlenene qeder BDU da English muellimesi idim. Sagolun sayeniZde yeniden dirildim. Sadece tanimadigim o qeder yeni make up vasiteleri cixib hansini alim nece istifade edim basim qarisib. Sizler sayesinde oyrenirem.tesekkurler ( Instagram / sadigovlar)

  • səbinə says:

    Inglot fırçaların qiyməti neçədir?
    1 də face and body üçün yaxşı parıldayan shimmer .1sözlə dekoltə üçün shimmer inglotda var.Və qiyməti ?yoxdursa hansını məsləhət edərdiz .əvvəlcədən təşəkjür .

Leave a Reply