PUPA ƏNLİK | MƏHSUL İNCƏLƏMƏSİ

Yay fəsli yaxınlaşdıqca mənim ənlik istifadəm də artır. Çünki yayda, minimum makeup və maksimum təbii görüntü yaratmağı sevirəm.

Bugün sizə Pupa-dan olan ənlik barədə danışmaq istəyərdim.

Ümumiyyətlə Pupa məhsullarını bəyənirəm, yadıma gəlmir ki, Pupadan nəsə alım və narazı qalım.

Bugün danışacağım ənliyi? rəngini çox sevərək almışam, ümumiyyətlə bütün ənliklərim bu rəng tonlarındadır  😀

Pupa Like a Doll Blush.

IMG_2576

Müsbət cəhətləri

  • rəngini əla verir
  • teksturasi yumşaqdır, üzdə gözəl yayılır.

Mənfi cəhəti

  • Qiyməti.

Məndə olan rəng şaftalı rəngidir, yayda bu rəngdən çox istifadə edirəm, günəşdə qaralmış dəri ilə əla yaraşır və təbii yanaq rəngi yaradır.

IMG_2581 copy

Teksturası göründüyü kimi çox yumşaqdır və bu mənim çox xoşuma gəlir. Dəridə yumşaq oturur və asan yayılır.

IMG_2584

 

İçində xırda-xırda zərlər var. Məndə olan nömrəsi 204.

IMG_2587

Mənfi cəhəti olan qiyməti isə, məncə lazım olandan bir az bahadır. Düz yadımda qalıbsa, 15-17 manat arasında bir məbləğ ödəmişdim.

Hardan ala bilərsiniz?

  • Sabina parfumeriya mağazasından.
  • Beatrice parfumeriya mağazasından.

Qiyməti – 15-17 manat civarında.

 

 

 

2 Comments

Leave a Reply