YENİ BAŞLAYANLAR ÜÇÜN LAZIM OLAN FIRÇALAR

Mən makiyajla maraqlanmamışdan qabaq, bütün bu makiyaj videolarına baxarken heç nədən baş açmırdım. Hansı fırça ən vacibdir, niyə nə üçün lazımdır , nə zaman istifadə olunur  və s. Təəssüf ki, bir dəfəyə də bütün fırçaları almaq olmur (keyfiyyətli fırçadan gedir söhbət).

Onunçün fikirləşdim ki, səliqəli makiyaj etmək istəyənlərçün bir az aydınlatım və asanlaşdırım. 

Bildiyiniz kimi makiyajın alınması üçün nəticə 60 % fırçadan asılıdır, 20 % əl qabiliyyətinizdən və 20 % kosmetik məhsulunuzdan.

Bir sözlər baxdığınız videolardakı makiyajı evdə alındırmaq istəyirsinizsə, bu makiyaj alətlərinizin olmağı bəsdir (ən əsas).

Belə ki, məndə olan 7 fırça barədə danışacam.

  1. Kontur fırçası
  2. Allıq fırçası
  3. Tonal kremi fırçası
  4. Layner fırçası
  5. Göz kölgəsi fırçası
  6. Göz kölgəsini qarışdırma fırçası
  7. Qələm qarışdırma fırçası 

image

 

Tonal kremi fırçasindan danışım ilk öncə. 

Tonal kremin üzünüzə yaxşı oturmasıni, yeridilməsini istəyirsinizsə mütləq fırçadan istifadə edin. Tonal kremi üçün fırçalar müxtəlif olur. Mənim tərcihim Real Techniques-dən buffing brush. Bu fırça vasitəsilə tonal kremi üzümə asanlıqla yeridə bilirəm. Həmçinin bundan konsileri gözün altına yerıtmək  üçün də istifadə edə bilərsiniz. 

Real techniques – buffing brush

image

 

Daha sonra əlbəttə makiyajda ən vacib olan hissə allıqdır. Alliğa isə yumşaq tüklü bir fırça lazımdır. Həmçinin rəngi yanağa gözəl ötürsün, məndə Real Techniquesdən multitask brush bu işin öhdəsindən yaxşı gəlir! 🙂  

Real techniques multitask brush

image

 

Sonra keçək üzümüzə forma verdiyimiz kontur fırçasına. Kontur fırçası qalın olmamalıdır və yaxşı qarışdırmaq keyfiyyətinə malik olmalıdır. Konturu  bildiyiniz kimi bronzerlə (yəni dərimizin rəngindən tünd olan rənglə) bəlli edirik. Beləliklə üzümüzə forma veririk. Mənim istifadə etdiyim fırça budur, Annayake-dan. Əslində bu mənim ilk fırçam sayılar 🙂 Hələ də sadiqəm. 

Fırçanin bucür əyri uclu olması , kontur üçün yaxşıdır. Uzun olan hissəni qulağınızın dibindən yanağa doğru çəkməlisiniz. 

image

 

Üzlə əlaqəli olan fırçalar bitdi. Gəldik gözlərə. 

İlk növbədə, layner fırçası. 

Əgər gel layner istifadə edirsinizsə lazımdır. Həm də istifadə də asandır.Gözəl qanadlı göz xəttləri çəkə bilərsiniz! 🙂 Həmçinin gel laynerlər, çox uzun müddət gedir. Bu da çox sərfəlidir, qiymətləri də münasibdir (İnglotda məsələn 10 manatdır səhv etmirəmsə). 

İnglot 23T 

image

Göz kölgəsini gözümüzə oturtduğum fırça. Firça rəngi göz qapağına ötürməlidir, firçanın tüklərindən yerə tökülməməlidir və ən son rəng gözqapağına oturmalıdır. Bununçün çalışın keyfiyyətli və orginal fırçalardan istifadə edin. 

İnglot 29PO

image

 

Qələm qarışdıran fırça. Mən əvvəllər heç bilmirdim ki, əslində göz qələmini qarışdırmaq lazımdır (xüsusilə yağlıdırsa). Çünki, qələm gözə çəkiləndə səliqəli və uzun müddətli düzgün xəttlə qalmir (gözün içinə istisna). Odur ki, onu çox vaxt qarışdırın kölgə effekti verilir. Məsələn alt kipriklərə xırda xəttlərlə qələmlə keçin, sonra qələm qarışdıran fırça ilə sağa-sola edib səliqəli şəkildə yayın – nəticə – gözəl kölgə! 🙂 

Inglot 18SS

QEYD: Diqqət edin tükləri sıx olsun amma yumşaq olsun, əks halda gözünüzün dərisini cızacaq və qızartı əmələ gələcək. Məndə İnglotdan biri dənə əlavəsi də var, onun tükləri sərtdi. O daha ucuzdur. Onunçün yenisi olaraq, bunu aldım çünki tükləri yumşaqdır və əla yayır! 

image

Ən son isə, göz makiyajının anası, atası, ürəyi qarışdırma fırçası. Bildiyiniz kimi, göz qapağında hər hansı formanı yaratmaq istəyiriksə əlavə qarışdırma fırçasına ehtiyacımız olacaq. Həmçinin bu fırça rənglərin bir birine keçmesini (sərt xəttlər olmamalıdır, məsələn ağ daha sonra qəfil qara rəng gələ bilməz, yumşaq keçid (boz rəng) olmalıdır. Bununçün qarışdırma fırçası lazımdır. Hətta bir neçə ədəd lazımdır! 

MAC 217  qızlar bu fırçadan mütləq əldə edin. Razı qalacaqsınız. Qarışdırmaq üzrə bu fırçanın üstünə fırça yoxdur! 

image

 

 

Və belə qızlar, səliqəli makiyaj üçün fırçalar bizə mütləq şəkildə lazımdır.

Fırçaları hardan əldə edə bilərsiniz? Online shoplardan və İnglotdan!

İnglotun fırçalarını çox bəyənirəm. Mən onlarla başlamışam makiyaja. Qiymətləri də normaldır. Bəlkə bir az yüksək gəlir, amma alacağınız şeyləri aylara böləndə – onda büdcəniz də sarsılmaz! 🙂 Çalışın internetdən sərbəst şəkildə sifariş verə biləsiniz, ən çox ekonomiya elə onda edə biləcəksiniz.

Suallarınız olsa burda və ya instagramda verə bilərsiniz.

Özünüzə gözəl baxın! 🙂

 

1 Comment

  • nuride says:

    salam aysel xanim baxdim size videolariniz melumatlariniz xosuma geldi cox sagolun melumatlandim size bir sualim olacaq Real techniques fircalari kosmetika magazalarinda satilmir ancaq online shoppinglerden elde ede bileremmi? Tesekkurler

Leave a Reply