DİQQƏT SAXTA MƏHSUL!

Yəqin aramızda çoxu brend kosmetikalar, paltarlar və s. əldə etmək istəyirik. Lakin onların qiyməti müəyyən zamanlarda çox yüksək olur.

Bugün mən original olmayan kosmetikalardan danışmaq istəyirəm.

 

İlk öncə bele bir qeydim var ki, ümumiyyətlə original olmayan məhsullardan uzaq qaçın. Büdcənizə uyğun əldə edin hər şeyi, onsuz original olmayan bir şey istifadə edəndə (mən xüsusən saat, çanta, geyim nəzərdə tuturam) original olmadığı bilinir. Original olmadığının bilinməyindənsə öz stilinizi yaradıb, daha ucuz geyimlərlə daha gözəl və təkrarolunmaz obraz yarada bilərsiniz. Bu qeydim geyimə aid idi 🙂

 

O ki qaldı kosmetikaya.

Geyimlə hər şey bir az daha asandır, amma kosmetika bizim dərimizlə bir başa kontakda olduğu üçün – yaranan təhlükənin fərqində olmalıyıq.

Original olmayan kosmetikadan uzaq durun. Hər hansı original kosmetikaya pulunuz çatmırsa, ad olsun deyə heç vaxt almayın! Ucuz alın, lakin sırf kosmetika işi ilə məşğul olan firmalardan alın. Onsuz original olmayan kosmetika, originaldan keyfiyyətcə fərqlənir, olduğu rəngi vermir.

Bunlar hələ heç nədir, ingilislər belə bir şey yoxlayıblar. İnternetdən M.A.C. firmasının 3.50 £  olan laynerini alıblar və ekspertizaya yoxlanılması üçün veriblər. Nəticədə məlum olub ki, bu laynerdə mis normadan 46 dəfə çoxdur və göz qapağınga istifadəsi üçün yararsızdır.

Original olmayan kosmetik məhsullarda, mis, kadmium, civə, qurğuşun kimi zərərli maddələr olur. Bir sözlə, dərinizə yazığınız gəlsin.

 

Bahalı brendlərdən istifadə şərt deyil, əl qabiliyyətiniz varsa ən ucuz mehsullardan da möhtəşəm makiyajlar yarada bilərsiniz. Çox arzulayırsınızsa, original olmayan məhsula verdiyiniz pulu yığın, üstünü düzəldin və original alın. Bir az səbr tələb edir, amma sağlamlığımız buna dəyər.

 

Bəzilərinizin isə heç xəbəri olmur ki, saxta məhsul alır.

Qızlar, adi  kosmetika mağazalarından (lisenzıyası olmayan) aldığınız hər məşhur brendin 90 % original deyil. Üstəlik məhsulu da saxta olmağına baxmayaraq bahalı qiymətə satırlar.

Saxta ətirlərin ətri qalıcı olmur, ətri originaldan fərqlənir.

Saxta fırçaların tükləri sərt olur, tökülür, göz kölgəsini gözə yaxşı oturda bilmir, dərinizi zədələyir.

Saxta tonal kremlərin isə tərkibində təsəvvür belə edə bilmirəm hansı zərərli maddələr var.

Bilin ki, saxta məhsul istehsalçıları kosmetika işi ilə məşğul olmadıqları üçün, tərkibi, zərərliliyi onları maraqlandırmır. Təki yaxşı kopiya olsun. Bunu siz düşünməlisiniz. Saxta məhsula əliniz gedəndə dönə-dönə düşünün!

 

Saxta məhsulları necə tanımalıyıq? 

  • Dediyim kimi ilk öncə mağazaya baxın.
  • İnternetdən sifariş verirsinizsə, sayta baxın, satana baxın.
  • Qiymətinə baxın, məhsulun original qiymətindən 30% ucuzdursa – saxtadır (endirim və s. yoxdursa).
  • İnternetdə yaxşıca araşdırın, rənglərinə, məhsulun üzərindəki yazılara, şriftlərə baxın. Saxta mallarda şriftlər aydın olmur, rənglər də originaldan xeyli fərqlənir.

Bir neçə şəkil qoyacam, şəkilləri internetdən götürmüşəm.

Hamı tərəfindən çox sevilən URBAN DECAY NAKED. 

Üstdəki original, altdakı saxtadır. Rənglərin fərqini özünüz görürsünüz.image

image

 

 

YSL dodaq boyası.

image

Benefitdən Hoola, bronzer. image

Tərkibi gözlə görünəcək dərəcədə fərqlənir. image

2 Comments

  • Nərmin says:

    Təşəkkürlər ,Aysel :*

  • səbinə says:

    Dodaq boyası birbaşa daxilə getdiyi üçün Diqqətli almaq lazəmdı .Mən naturalive in dodaq boyasını istifadə edirəm .Göz və dodağa hər şey istifadə etmək düzgün deyil məncə .Göz xüsusilə.Tərkibi təmizdi.Qiyməti də 6 azn .Həm də nəmləndirici tərkibi təmizlərdən istifadə edirəm.Natural kosmetika ən doğrudu.Belə də ki rəsimlərdən saxtanı aşkar etmək üçün xüsusilə bütün brendləri hərək tanıyasan .Saxtası heç fərqlənmir.Kimdi alanda diqqətlə rənglərin uyğunluğunu yoxlayan Və ya pomadanın üstündəki simvolun oxşayıb oxşamadığını araşdıran.Təşəkkür maraqlı idi .

Leave a Reply