DIRNAQ QAYNAĞI: YAXŞI YOXSA PİS?

Dırnaq qaynağı Yaxşı yoxsa Pis?

Dırnaq qaynağı barədə çoxlu söhbətlər gəzir, bəziləri müsbətdir, bəziləri pis. 

Mən bu postda öz şəxsi təcrübəmdən yazmaq istəyirəm. 

İlk öncə qeyd edim ki, bunu etməzdən öncə çox fikirləşdim, məsləhətləşdim edən xanımlarla. Yenə də çoxu pislədi, bəzisi rahatlıqdır dedi. 

Sonda qərara gəldim elətdirim, beləliklə dəqiq biləcəm. 

Müsbətlərindən danışım.

1.  Dırnağınız qırılırsa, uzanmırsa əla seçimdir. Mənim 

 dırnaqlarım uzanmırdı, uzanırdı 1-i qırılırdı hamısın kəsirdim, səliqəsiz görüntü yaranırdı bu da bütün görüntünü pozurdu.

2. 1 ay müddətində manikura getməyəcəksiniz. Çünki dırnaq səliqədə qalır. Mənim əsas qaynaq elətdirmə səbəbim bu idi. Dırnaqlarım çox tez səliqəsiz hala düşür. Manikur 3-4 gün qalır, sonra nə olursa korlanır. Qaynaqdan sonra isə 1 ay dırnağım rahat şəkildə səliqəli görünür. 

3. Hər ay dırnağınızı istədiyiniz formaya sala bilərsiniz, sevdiyiniz rəng dırnağınızdan 1 ay müddətində getməyəcək, dırnağınızda neytral rəng olsa evdə dırnaq boyasını özünüz də üzərindən çəkərək yeniləyə bilərsiniz. Adi dırnaq boyası gelin üzərində normadan artıq uzun müddət qalır.

Mənfiləri isə 

1. Dırnaq zəifləyir. 

Qaynağın altındakı dırnağınız heç hava görmədiyindən çox zəifləyir, çox nazikləşir, qırılıb-soyula bilir. Bu proses çox normaldır, dırnaq boyasının belə dırnaqda uzun müddətli qalması dırnağa zərər verərkən, qaynağın dırnağa zərər verməyəcəyini düşünmək bir az saf düşüncə olardı  🙂 .

2. Ayda bir dəfə korreksiya. 

Hal-hazırda çox yaxşıdır ki, instagramda bir çox səhifələr evlərində qəbul edirlər, bu da daha ucuz başa gəlir, lakin, hər hansı bir salonda korreksiya 40-50 azn arasında dəyişir.

Məsləhətim budur ki, əgər 1 ay müddətində səliqəli dırnaqlarınız olsun istəyirsinizsə, elətdirin, lakin, nəzərə alın dırnaqlarınız zəifləyəcək. 

Bunu da yadda saxlayın ki, dırnaq uzanır və məsələn bir gün qaynaqdan bezib öz dırnağınızı istəsəniz hər an çıxartdıra bilərsiniz(mütləq ustanız çıxarsın).

Son məsləhətim budur ki, əgər qaynağı çıxarmaq və zəif dırnağınızı görmək istəmirsinizsə qaynağı dırnağınız uzandıqca kəsərək çıxartdırın. Beləliklə dibdən çıxan dırnağınız daha sağlam olacaq (məncə). 

 

Qeyd: Qaynaq demək məcburi uzun dırnaq demək deyil, əgər dırnaqlarınızın uzunluğundan razısınızsa, lakin, qırılan dırnaqlarınız varsa ustaya deyə bilərsiniz gel vasitəsilə öz dırnaqlarınızı bərkitsin.

4 ay ərzində etdiyim qaynaqların şəkillərini paylaşıram.

10844120_774143712639927_1658246502_n 10914296_768678243224868_1910841222_n 10986349_345413305660836_529069231_n 11024192_477087322445400_335349712_n

Ümid edirəm, yararlı bir post oldu. Hər hansı sualınız olsa müraciət edə bilərsiniz.

2 Comments

  • Fidan says:

    Men emeliyyata gore 1 heftenin qaynagini mecbur cixartmali oldum.2 hefteye umni emal deirler onunla berpa olundu.Elede pis gune qalmamisdi.Yeni yaxsi gel olanda ve usta cixaranda heqiqeten elede felaket zerer gormur.Nezere alsaq men cox pis vaxtda cixardim :/

  • aynur says:

    Men de yeni maraqlananlardanam. Ama korreksiya ne üçündü anlamadım. Sizin dirnaqlarin orta uzinluğu gözeldi. Bir de mütleq şellac olmalıdı? Yəni təkcə qaynaq eletdirib ne lak olsa vurmaq olar?

Leave a Reply