INGLOT GÖZ KÖLGƏLƏRİ

İnglot markasını bəyəndiyimi yəqin çox qeyd etmişəm.

Nəyə görə sevirəm?

Çünki,

  • rəng seçimi çoxdur
  • qiymətlər uyğundur
  • keyfiyyət yaxşıdır.

İnglotun hər bir şeyindən istifadə etmişəm, lakin, ən çox sevdiyim və istifadəsinə davam edəcəyim İnglotun göz kölgələri və dodaq boyalarıdır.

Bu postumda İnglotun göz kölgələrindən, məndə olan nömrələrindən danışmaq istəyirəm.

Ümümiyyətlə orda olmayan rəng yoxdur. Məhz ən çox sevdiyim tərəfi budur.

Məndə 10 rəngi var. Qeyd edim ki, bu yumru qabda olanlar səhv etmirəmsə artıq satışda olmayacaq və bitməsini istədikləri üçün kampaniya var idi bu göz kölgələrinə, birini alanda ikincisi pulsuz, (düzü indi bilmirəm, mağazadan dəqiq maraqlana bilərsiz).

 

DSC_0149

 

İlk öncə 3 ədəd natural tonlarda göz kölgələrim. Bunlardan mən ən çox gündəlik istifadə edirəm, tünd olan göz qapağıma dərinlik vermək üçün, açıq rənglisini isə bütün göz qapağıma tətbiq edirəm.

Qızılı rəngi əlbəttə gündəlik istifadə etmirəm 🙂

Belə parlaq göründüklərinə baxmayın, həyatda parıltıları o qədər gözə çarpmır.

Nömrələri

Tünd qəhvəyi – 459

Açıq qəhvəyi – 503

Qızılı – 396

DSC_0152

Bənövşəyi tonlar. Əsl yazın rəngləri 🙂

Açıq bənövşəyi – 481

Tünd bənövşəyi – 482

DSC_0154

 

Hər göz rənginə yaraşan yaşıl rəng 

Sol tərəfdəki – 57

Sağdakı – 418

və fıstıq yaşılı – 412

DSC_0156

Firüzə mavisi – 473 (son parlaq yay makiyajı videomda istifadə etmişəm- link

Və göy rəng – 426 

DSC_0164

 

Ən əsası isə bu göz kölgələri, çox uzun müddət gedir. İstifadə et-et qurtarmır. Odur ki, almağa dəyər 🙂  

 

 

 

2 Comments

Leave a Reply