REAL TECHNIQUES FIRÇALARINI YAXINDAN TANI

Real Techniques fırçaları barədə eşitməmiş olmazsınız. Bildiyiniz kimi, bu fırçalar Youtube videoları çəkən, SamanthaNicola Chapman tərəfindən yaradılmış brenddir. 

Fırçalar çox yumşaq, istifadəyə uyğun və qiyməti sərfəlidir. Odur ki, bu fırçaları bəyənməyən make up blogger, vizajist yoxdur. 

Lakin, bir çox qız bu fırçaların çoxluğundan bəzən özlərini itirir, nəyin nə üçün istifadə olunduğunu bilmir və izah istəyir. Bu post məhz onlar üçündür! 

Bir azdan, Real Techniques fırçalarını yaxından tanıya biləcəksiniz. 

Başlayaq. 

RT

 

 

 

  1. Setting brush – bu fırçadan siz parladıcı (highlighter) tətbiq etmək üçün istifadə edə bilərsiniz. Həmçinin ənlik (allıq / blush) üçün istifadə oluna bilər. Qiyməti – 8 $
  2. Blush brush – ənlik (allıq / blush) tətbiq etmək üçün istifadə olunur, fırçası çox yumşaqdır və rəngi yanağa çox gözəl ötürür. Qiyməti – 9 $
  3. Powder brush –  Pudra üçün istifadə olunan, böyük yumşaq fırçası olan fırça. Makiyajı sonlandıranda, makiyajı sabitləmək üçün pudradanı tətbiq etmək üçün istifadə olunur. Qiyməti – 10 $
  4. Expert face brush – Əsasən tonal kremləri üçün istifadə olunur. Müəyyən insanlar tərifləyir, bəziləri isə deyir ki, tərifləndiyi qədər deyil. Qiyməti – 9 $
  5. Stippling brush – Mənim də almaq istədiyim, tonal krem/konsiler/krem ənlik istifadəsi üçün əla olan bir fırça!  Qiyməti – 10 $
  6. Foundation brush – Adından da göründüyü kimi, tonal krem fırçasıdır. Qiyməti – 8 $
  7. Liner brush – layner fırçası. Qiyməti – 6 $
  8. Silicone liner brush – bu da layner fırçasıdır. Ucu silikondur, yəni tük deyil. O qədər də tərifləndiyini və geniş istifadəsini görməmişəm. Qiyməti – 6 $
  9. Lash-brow groomer – qaş və kiprik darağı.  Sərt olan hissəsi ilə taxmaq kipriklərinizi  öz kipriklərinizlə birlikdə daramaq və birləşdirmək üçün və ya tuş çəkdikdən sonra kipriklərin tək-tək ayrılması üçün, yumşaq hissəsi isə qaşları daramaq olar. Qiyməti – 6 $
  10. Shading brush – Göz kölgəsi fırçası. Qiyməti – 6 $
  11. Miracle complexion sponge – Beauty blender süngərinin RT versiyası. Bu süngərlər əladır, tonal krem üzünüzdə hiss olunmur. Süngəri suya batırırsız, süngər şişir, daha sonra süngərin suyunu sıxıb arxa tərəfini tonal kreme batırıb, üzünüzə basa-basa tətbiq edirsiniz. İti tərəfi göz altına konsiler tətbiq etmək üçündür. Məndə beauty blender olduğu üçün, RT ehtiyacım yoxdur. Qiyməti – 6 $
  12. Kabuki brush – pudra üçün istifadə oluna bilər, bu fırça həm də ortasından açıldığı üçün enli bir fırça olur, belə təqdirdə üzünüzə bronzer tətbiq etmək  üçün də istifadə edə bilərsiniz.  Qiyməti – 10 $

Və Real Techniques setləri.

 Real Techniques – CORE COLLECTİON. Qiyməti – 18 $

 (soldan sağa)

  1. contour brush – Kontur üçün istifadə edə bilərsiniz, bronzer tətbiq etmək üçün, hətta parladıcı (highlighter) üçün də istifadə edə bilərsiniz. 
  2. pointed foundation brush – maye halında olan tonal krem üçündür. Lakin fırçası tonal krem tətbiq etmək üçün çox kiçikdir. Mən razı deyiləm. Mən krem highlighter tətbiq etmək üçün istifadə edirəm. 
  3. detailer brush – bundan siz üzünüzdə sızanaqlar varsa, onları konsilerlər örtmək üçün istifadə edə bilərsiniz. Həmçinin dodaq boyası çəkmək üçün. Mən dodaq boyası çəkmək üçün istifadə edirəm. 
  4. buffing brush – tonal krem tətbiq etmək üçün əla bir fırça. Mən bütün tonal kremlərini bununla tətbiq edirəm, çox razıyam. 

core collection

 

Real Techniques  – TRAVEL ESSENTİALS. Qiyməti – 18 $

(soldan sağa)

  1. essential foundation brush – tonal krem fırçası. İstifadəyə yararlı deyil o qədər də, lakin CORE COLLECTİON-da olandan iridir fırçası.
  2. domed shadow brush – göz kölgəsi üçün istifadə olunur, yaxşı qarışdırmaq da olur bu fırça ilə. 
  3. multitask brush – ənlik tətbiq etmək üçün əla fırça. Sevə-sevə istifadə edirəm. 

Real Techniques - Реал Техникс - Travel essentials - дорожный набор кистей 3 шт_enl

 

Real Techniques – STARTER SET. Qiyməti – 18 $

(soldan sağa)

  1. deluxe crease brush – konsiler tətbiq etmək üçün əla fırçadır. Mən məhz bunun üçün istifadə edirəm, konsileri əla oturdur göz altına. 
  2. base shadow brush – göz kölgəsi üçün fırçadır. Göz kölgəsini qarışdırmaq üçün də yararlıdır. 
  3. accent brush – alt kipriklərə göz kölgəsi tətbiq etmək olur bu fırça ilə. İncə xəttlər yaratmaq üçün istifadə oluna bilər. 
  4. fine liner brush – layner üçündür, lakin fırçası çox qalındır, o qədər də yaxşı deyil layner üçün, xüsusən nazik layner çəkmək istəyirsinizsə. 
  5. brow brush – qaş üçün fırça. Qaşı rəngləmək, səliqəli etmək üçün belə ucu əyri fırçalar yaxşıdır, istifadə edirəm və razıyam. Lakin, fırçası lazım olandan qalındır, nazik fırçalar daha yaxşıdır. 

Real Techniques - Реал Техникс - Starter set - набор кистей для макияжа глаз 5 шт_enl

6 Comments

Leave a Reply