NYX Liquid İlluminator

Nyx-dən olan bu məhsulu uzun zaman öncə əldə etmişdim.

Bundan öncəki postda Laura Mercierden parlaqlıq verən bir məhsuldan bəhs etmişdim (oxumamısınızsa burada).

Nyx liquid illuminator da krem teksturalı, üzə ekstra parlaqlıq verən bir məhsuldur.

nyx illuminator

 

İki rəngdə olur Sunbeam (01) və Gleam (02). Sunbeam rəngi açıq dərili xanımlara uyğundur, Gleam isə bronz makiyaj və dəriyə uyğun gəlir.

Məndə olan rəngi Gleam-dır.

Bu məhsulu o qədər də sevdiyimi deyə bilmərəm, rəng fərqi çox bilinir. Yəqin ki, açıq rəngli olanını almalı idim.

nyx3

Parlaqlıq verməsi gözəldir.

Hardan əldə edə bilərsiniz?

Bakıya çatdırılması olan beautyjoint.com saytından.

Qiyməti : 7,50$

Almaq istəsəniz məsləhətim budur ki, açıq rənglisini alasınız.

1 Comment

Leave a Reply