5 ƏN SEVDİYİM ƏNLİK

5 ən sevdiyim ənlik siyahısını sizə təqdim edirəm.

Nars `Orgasm`

Bu ənliyi sevməyən çox az insan taparsınız. Çəhrayı, şaftalı və qızılı rəngin qarışımı üzdə çox gözəl təbii ahəng yaradır. Amma bu ənliyi alarkən öz dəri rənginizi mütləq nəzərə alın.

nars-orgasm-super-size-blush-swatch

M.A.C `Uplifting`

Bu ənliyi istifadə etdikdən sonra hansı ənlikdən istifadə etdiyimi soruşmayan olmur. Şişirtmirəm. Bronz və şaftalı qarışımı parlaq rəng üzdə gözəl çəhrayı bronz qarışıq işıltı yaradır.

lightness-010

 

Golden Rose Terracotta `04`

Bu sizə təklif edəcəyim sərfəli qiymətə əla məhsul. Piqmentasiyası yüksək, yanaqda bronz parlaqlıq yaradır. İçində zərləri var.

screen-shot-2016-12-12-at-8-05-22-pm

Tarte `Peach bronze`

Piqmentasiyası gözləntilərimi doğrultmadı amma içində olan rənglərin qarışımı üzdə gözəl oturur. Matdır, parıltı vermir. Rənglər qarışanda açıq bronz rəng alınır yanaqda.

download

Kiko cream blush `03`

Bu mənim ən sevdiyim ənliklər arasındadır. Çünki, krem olmağına baxmayaraq yumşaq yayılır, üzdə narahat hiss buraxmır, yüngüldür və dünyanın ən təbii çəhrayı rəngidir.

kiko-velvet-stick-blush-07-natural-rose-2

 

1 Comment

Leave a Reply