5 ƏN SEVDİYİM TONAL VASİTƏ

Mənə tez-tez tonal kremlər barədə suallar gəlir. Ən sevdiyim, ən yaxşı, ən münasib və ən məsləhətli. Lakin mən bu suallara cavab verə bilmirəm, çünki, mənim `ən`im, sizə uyğun olmaya bilər.

Lakin yenə də, sizə ən sevdiyim və razı qaldığım 5 tonal kremi təqdim edəcəm.

Qeyd edim ki, dəri tipim qarışıq ( T zona yağlı), yaşım 27.

Başlayaq.

  1. Benefit Hello Flawless oxygen wow
  2. Givenchy teint couture
  3. Pure Beauty cc cream
  4. Loreal Lumi Magique
  5. Loreal true match

Benefit Hello Flawless Oxygen wow : bu tonal kremin örtücülüyünün yaxşı olmasına baxmayaraq üzdə ağırlıq yaratmaması mənim çox xoşuma gəlir. Üzə də rahatlıqla tətbiq olunur, teksturası yüngüldür.

screen-shot-2016-11-21-at-7-06-12-am

  • Örtücülüyü orta/yüksək
  • Dəri tipi normal/yağlı (quru dərilərdə qabıqlanmanı vurğulaya bilər)
  • Günəşdən qoruma faktoru spf 25
  • Qiyməti 36 $ (sephora.com)

Givenchy teint couture : quru dərili xanımlar yüngül, dəri rəngini eyniləşdirən məhsul axtarırlarsa bu məhsulu mənim sevdiyim qədər sevəcəklər. Bütün üzə balaca noxud boyda məhsul kifayət edir, teksturası qatıdır. Üzdə nəmli qalır.

screen-shot-2016-11-21-at-7-04-31-am

  • Örtücülüyü aşağı
  • dəri tipi normal/quru
  • Günəşdən qoruma faktoru  spf 15
  • Qiyməti 44 $ (sephora.com)

Pure Beauty cc cream : bu məhsuldan çox razıyam. Eyni Givenchy kimidir yüngüllüyü və teksturası, amma ondan daha örtücüdür.

screen-shot-2016-11-21-at-7-05-34-am

  • Örtücülüyü orta
  • Dəri tipi normal/quru
  • Günəşdən qoruma faktoru spf 30
  • Qiyməti 30 tl (instagram: @dreamy.corner)

L`oreal Lumi Magique : bu tonal krem əsl quru dərili xanımların sevimlisidir. Fərqi qiymətinin münasib olmasındadır. Üzdə nəmli görünüş yaradır. Bilmirəm, səhv etmirəmsə artıq Azərbaycanda satışda yoxdur, amma digər ölkələrdə satışı var.

screen-shot-2016-11-21-at-7-04-12-am

  • Örtücülüyü orta
  • Dəri tipi quru
  • Günəşdən qoruma faktoru spf 20
  • Qiyməti 13$ (walgreens.com)

Loreal True Match : Bu tonal krem isə Armani Maestro ilə müqayisə olunur. Qarışıq, yağlılığa meylli dərili xanımların sevə biləcəyi bir məhsuldur. Üzdə mat görünüş yaradır, amma buna baxmayaraq qurutmur və qabıqlanmanı vurğulamır.

screen-shot-2016-11-21-at-7-03-53-am

 

  • Örtücülüyü orta
  • Dəri tipi qarışıq/yağlı
  • Günəşdən qoruma faktoru spf 17
  • Qiyməti 11$ (walgreens.com)

Leave a Reply