8 ÖRTÜCÜ TONAL KREM

Mənə tez-tez örtücülüyü yüksək olan tonal kremlər barədə suallar gəlir.

Bu postda siz həm quru, həm yağlı dərilər üçün məsləhət görəcəyim tonal kremləri göstərmək istəyirəm. Bəzilərini şəxsən istifadə etsəm də, bəzilərini internetdə fikirləri oxuyaraq bir nəticəyə gəlmişəm.

Sizə də məsləhətim əgər hansınısa almağı düşünsəniz, ilk öncə Bakıdakı kosmetika mağazalarında dərinizdə yoxlayın, daha sonra sifariş etmək istəsəniz edin (belə daha ucuz başa gəlir) və yaxud elə mağazadan alın.

vichy-dermablend-foundationVichy derma blend

Əsasən quru dərili xanımlara məsləhət görərdim bu tonal kremi. Örtücülüyü yüksəkdir, finişi parlaqdır. Bir az rəng seçimi barədə yoxsuldur və ətri xoşagəlməzdir. Spf 35-dir. 

Əldə edə biləcəyiniz sayt : feelunique.com

Qiyməti: 18£

WakeMeUpFoundation_PRODUCT_01

Rimmel Wake me up

YSL Youth liberator tonal kreminin eynisi və daha ucuz variantı.

Ala biləcəyiniz sayt: feelunique.com

Qiyməti: 8,99£

201507028de306d0bb0dfb4eYSL Youth liberator

Bu tonal krem də quru  dərili xanımlara daha çox uyğundur. Örtücüdür, finişi parlaqdır, üzü nəmləndirir. Mən istifadə etmişəm və düşünürəm qış aylarına daha çox uyğun tonal kremdir. Üzdə ağır bir hiss yaradır, ikinci dəfə bu tonal kremdən almaram. 

Ala biləcəyiniz sayt: nordstrom.com

Qiyməti:69 $

maxresdefaultElf acne fighting foundation

Şəxsən istifadə etmədiyim, lakin, bir çox videolarda bu məhsul haqqında maraqlandım. Ucuz məhsul olmasına baxmayaraq keyfiyyətindən razıdırlar, tərkibinə əsasən sızanaqlarla mübarizə xüsusiyyəti də var. Rəng seçimi yoxsuldur. Finişi matdır.

Ala biləcəyiniz say: beautyjoint.com

Qiyməti: 7,99$

CLiniqueBPClinique Beyond Perfecting 2-in-1 Foundation and Concealer

Həm konsiler həm tonal krem vəzifəsini daşıyan bu tonal krem də çox yaxşı örtücülüyə malikdir. Quru və yağlı dərili xanımlar istifadə edə bilər, finişi matdır. Dəridə ağır hiss yaratmır, lakin dərinizdə qabıqlanma varsa bunu vurğulayacaq, ona görə də istifadədən əvvəl dərinizi pilinq edin və yaxşıca nəmləndirin. Rəng seçimi genişdir.

Ala biləcəyiniz sayt: feelunique.com

nordstrom.com

Qiyməti: feelunique-də 22,25 £

Nordstrom-da 27$

kryolan_20supracolor_208ml_largeKryolan Supracolor

Bu tonal kremdən də istifadə etməsəm də, çox örtücü olduğunu bilirəm. Vizajistlərin səhnə, toy makiyajlarında istifadə etdikləri tonal kremlərdən biridir. Gündəlik istifadə üçün yararlı hesab etmirəm. Geniş rəng seçimi var.

Ala biləcəyiniz yer: Bakıda Kryolan mağazası.

Qiyməti: Bakıdakı qiymət haqqında məlumatım yoxdur, lakin Amerikada 55ml 23,95$ 

mac_sku_M0P161_640x600_1Mac Full Coverage Foundation

İstifadə etməsəm də, düşünürəm ki, teksturasına görə, örtücülüyünə görə Kryolan Supracolor-un eynisidir. Səhnə makiyajlarında, yəni yüksək örtücülük tələb edən makiyajlarda istifadə olunur. Teksturası ağır kimi görünsə də, asan çəkilir və yayılır. 

Ala biləcəyiniz yer: Mac rəsmi pro mağazaları

Qiyməti: Amerikada 33$

s1465327-main-LheroEster Lauder Double Wear Stay-In-Place

Bütün dəri tipləri üçün nəzərdə tutulub. Finişi matdır, bu məhsuldan istifadə edənlərin fikirlərinə görə gündəlik istifadə üçün ağırdır və xoşagəlməz qoxusu var. Daha çox yağlı və ya normal dəri tipi olan xanımlara uyğun gələcək. İnstagramda @ehlelya ’nın fikrinə əsaslansaq üzdəki qabıqlanmanı da qabardır.  Rəng seçimi genişdir.

Ala biləcəyiniz sayt: nordstrom.com

Qiyməti: 38$

2 Comments

Leave a Reply