CC KREM NƏDİR?

CC KREM NƏDİR?

cc-cream_h-article

CC krem BB kremin təkmilləşdirilmiş versiyasıdır.

CC – nin bir neçə mənası var, Complete Correction (bütöv korreksiya), daha çox yayılmış isə Color Control (rəngin tənzimlənməsi). 

BB krem kimi, CC krem də Asiyadan gəlib və ilk dəfə 2011ci ildə sinqapur kampaniyası Rachel K tərəfindən istehsal olunub.

CC kremlərdə daha az yağ olduğu üçün teksturası daha yüngüldür. Buna baxmayaraq dəri tonunun vizual olaraq daha çox eyni tonda olmasına kömək edir. Qalıcılığı da yüksəkdir, dəriyə sağlam parıltı verməklə yanaşı T zonasında yağlılıq parıltısının qarşısını alır. Günəş şüalarından qorunması 10-dan 30-a kimi dəyişir. Rəng tonları BB kremlərdə olduğu kimi yoxsuldur.

Beləliklə CC kremlərin əsas işi yüngül örtücülük, dəriyə sağlam parıltı və sağlam görünüm verməkdir.  

demostracao-cc-cream

Normal dəriyə sahib xanımlar, təmiz dəriyə tətbiq edə bilərlər. 

Yağlı və qarışıq dərili xanımlar  CC kremləri daha yaxşı olardı ki, tonal kremin altından baza olaraq istifadə etsinlər və yaxud tonal kremlə qarışdırsınlar.

Quru və qabıqlanan dəri tipləri isə yaxşı olar ki, nəmləndirici kremlə qarışdırıb tətbiq etsinlər.

Leave a Reply