CLARİSONİC & KİEHL`S | MƏHSUL İNCƏLƏMƏSİ

Bu postumda çox sevdiyim və sevərək istifadə etdiyim iki məhsul haqqında danışacam. 

Clarisonic MİA 2 və Kiehl`s Ultra Facial Cleanser.

Clarisonic Mia 2.

Yəqin ki, çoxu bu üz yuma fırçaları haqqında eşidib. Artıq bir çox firmaların bu cür məhsulu var. 

Ötən il əldə etməyimə baxmayaraq mütəmadi istifadə etmirim, çünki ötən ilin yay aylarından dekabr-yanvar aylarına kimi dərimdə mənşəyi bəlli olmayan səpgilər var idi ( ehtimal var ki, o zaman getdiyim baseynin suyuna allergiyadan idi). Ona görə də dərimi çox yorub narahat etmək istəmirdim. 

  CLARISONIC

İstifadə qaydası, dərinizi və firçanı əvvəldən isladıb, daha sonra üz yuma gelinizi firçaya və ya üzünüzə tətbiq edərək firlanan firçanı üzünüzdə dairəvi şəkildə hərəkət etdirirsiniz. Clarisonicdə hər bölgənin öz zamanı var, yanaqlar 20 saniyə, alın 10, çənə-burun 10 saniyə ərzində yuyulmalıdır. Daha artıq yumaq məsləhət deyil, saniyə bitdikdə aparat səsi ilə xəbərdarlıq edir. 

Nəticə olaraq Clarisonic daha gözəl, səpgisiz dəri söz verir. Səpgi barədə bir söz deyə bilmərəm, amma burnumda olan qara nöqtələri çox gözəl aparıb və əminəm ki, bu aparat sayəsindədir. Üzümü makiyajdan sonra bu aparatla yuduqdan sonra daha təmiz və yumşaq hiss edirəm. Aparat doğrudan da firçaları sayəsində üzü dərindən təmizləyir və beləliklə bizim əl ilə çıxara bilmədiklərimizi aparat təmizləyir. Bu isə öz növbəsində təmiz və sağlam dəri deməkdir. 

Mənfi tərəfini hələ ki, görməmişəm, amma yenə də, individual yanaşmaq lazımdır, dəriniz həssasdırsa fırçaları dərinizi qızarda bilər. 

Duşda istifadə etmək olar, su keçirmir. 

Qiyməti – 150 $ ( www.nordstrom.com ) 

Bu fırça ilə yaxşı uyan bir gel Kiehl`s Ultra Facial Cleanser. 

Bütün dərilər üçün nəzərdə tutulub, lakin mənim dərim quru olduğundan üzümdə bir az dartınma hiss edirəm. Bu üz yuma gelini niyə sevirəm?

BLOG KIEHLS

1. Ətri çox gözəldir.

2. Üzü yumşaq edir. 

3. Makiyaj çıxarmaq üçün əla vasitədir. 

Mən bu geli Clarisoniclə istifadə etdiyim üçün və Clarisonici göz ətrafı istifadə etmək olmaz deyə – mascara çıxarıcı özəlliyini bilmirdim. Çox sağ olsun Aliyə ( @aliyadoesmakeup ). Bütün göz makiyajını çox gözəl çıxardır əlavə gözü silməyə ehtiyac qalmır. Bunu mən tənbəllik edəndə edirəm, adətən gözlərimi xüsüsi göz makiyajını təmizləmək üçün olan məhsulla təmizləyirəm. 

Qiyməti – 10 $ ( www.nordstrom.com )

2 Comments

  • Aytən says:

    Təşəkkürlər məlumata görə.

    Mənfilərini hələ ki, görməmişəm demisiniz, sadəcə məlumat üçün deyirəm, bu yaxınlarda xarici bloggerlərdən birinin blogunda oxudum ki, bu cür üz təmizləmə alətləri dərini əslində lazım olandan artıq təmizlədiyi üçün dəri bariyerini nazikləşdirir, zəiflədir. Nəticədə dəri getdikcə zəif olur. Mən də özüm üçün belə analiz elədim ki, yoğun gecə makiyajları zamanı filan yəni ayda bir dəfə, iki ayda bir bəlkə də yaxşı olar bu cür alətlərlə makiyajı çıxartmaq. Amma məncə gündəliyə yararlı deyil. Həmin bloggerin dermotoloqu da demək olar ki, onunla eyni fikirdə imiş. Nəticədə üzümüz natural halında belə tam, dərinləməsinə təmiz olmur. Bu cür dərin təmizliyi məncə gec-gec eləmək lazımdır. Amma deyir, igidi öldür, haqqını yemə, alət o qədər gözəldir ki, adama gəl-gəl deyir :))) Mən görünüş, qablaşdırma dəlisiyəm. İşlətməsəm belə, sırf görünüşünə görə pul verib alaram 😀

    • aysmice says:

      Salam. Düzü nə dərəcədə doğrudur bilmirəm, çünki, bu fırça üzə o dərəcədə ağır təsir etmir. Amma dəqiqləşdirəcəm. Təşəkkürlər şərhiniz üçün! 🙂

Leave a Reply