Diorskin Star by Dior

Yeni, Dior, aydınlatma texlonogiyasını tətbiq etdiyi Diorskin Star adlı tonal krem və konsiler seriyası.

Üz dərisində studiya şəkillərindəki ideal ton effekti yaratmağa, dərini daha aydın göstərməyə söz verir, həmçinin, günəşdən qoruduğu (SPF 30) və örtücülüyünün yüksək olduğu qeyd olunur.

diorskin star

Tonal kremlə yanaşı, konsiler və tonal kremi tətbiq etmək üçün süngər də satışa çıxarılıb.

Süngər, Beauty Blenderin qara rənglisi demək olar, adı Backstage Blender, qiyməti Beauty blenderlə eynidir (20$). Ümumiyyətlə bu tip süngərlər, maye şəklində olan tonal kremi yaymaq üçün ideal hesab olunurlar, tonal krem üzə çox səliqəli və təbbi şəkildə, maska effekti yaratmadan oturur. Məndə Beauty Blender var və çox razıyam

blender

Tonal krem 14 rəng seçimindən ibarətdir, konsilerdə isə bu seçim çox az – cəmi 5 rəngdən ibarətdir.

concealer

Bu seriya barədə fikirləri oxuduqdan sonra belə nəticəyə gəldim ki, tonal krem dedikləri qədər ideal, studiya şəkli effekti verməsə də ümumilikdə yaxşı hesab oluna bilər, üzə gözəl parlaqlıq verməsi doğrudur və örtücülüyü də üzdəki tünd ləkələri, qızartıları örtəcək dərəcədə yaxşıdır.

Lakin, konsilerinin rəng seçiminin belə yoxsul olması və həmçinin göz altı problemləri (xüsusən qırışları) yaxşı örtməməsi, yəqin ki, bu seriyanın zəif tərəfidir.

 

Tonal kremin qiyməti – 50$

Concealer – 36$

Blender – 20 $

 

QEYD1: qiymətlər Amerikanın online shopping saytından götürülüb, böyük ehtimalla Azərbaycanda daha yüksəkdir.

 

QEYD2 : mən bu seriyadan hələ ki, istifadə etməmişəm, yuxarıda yazılanlar, internetdən oxuduğum bu seriyanı istifadə edənlərin fikirləridir.

 

 

Leave a Reply