HANSI FİRMA FIRÇA?

Tez-tez gələn suallardan biri odur ki,  hansı firmanın fırçaları yaxşıdır, keyfiyyətlidir və qiyməti də uyğundur.

Bu suala 1 firma ilə cavab vermək çətindir, çünki, qiyməti və keyfiyyəti uyğun olanın göz fırçaları yoxdur, super fırçaları olanın qiyməti uyğun deyil və s.

Bu postda hans fırçaları (üz-göz) hansı firmadan almaq məsləhətdir onu aydınlaşdırmağa çalışacam.

İlk öncə sizə bəyəndiyim və bəyənilən fırçaların adlarını qeyd edim, İnglot (hamısı yox), Real Techniques, Zoeva, MAC, Sigma. Bu fırçalardan başqa fırçalar istifadə etməmişəm, odur ki, sizə də bunlardan başqa fırça məsləhət görməzdim, axtardığınızı bu firmalardan tapa bilərsiniz. Amma, əlbəttə ki, hər gözəlin bir eybi olduğu kimi, sevilən firmaların da eybi olur. Keçək əsas məsələyə.

İnglot. 

Əslində mən İngot fırçalarını sevirdim, tam olaraq əmin idim ki, keyfiyyətlidirlər. Bir neçə ədəd göz fırçalarım var. Lakin, sonradan digərlərindən eşitdiyim fikirlər məni İnglotdan uzaqlaşdırdı. Üz fırçaları, deyilənə görə heç yaxşı deyil, tükləri tökülür, hələ dəstləri ümumiyyətlə pisdir. İnglotun keyfiyyətinin belə olması məyus edir, çünki, qiyməti yetərincə baha olsa da, keyfiyyəti buna cavab vermir. Lakin, onu da qeyd edim ki, öz göz fırçalarımdan indiyə kimi, heç bir tük tökmə və ya digər bir şikayətim olmayıb, iki ildir istifadə edirəm.

Real Techniques.

Bu fırçalar doğrudan da çox keyfiyyətlidirlər. Heç bir tük tökmə, qopma və s ilə rastlamamışam. Artıq iki ildir istifadə etməyimı baxmayaraq. Qiyməti çox uyğundur. Lakin bu firmanın da eybi var. Məsələn, bu firmadan göz fırçaları seçimi elə də çox deyil, olanlar da yararsızdır (istifadə etmək olar, amma makiyajla ciddi məşğulsunuzsa bu sizə kifayət etməyəcək).

Zoeva.

Fırça seçimi bol. Fırçaların tük keyfiyyəti əla. Qiymətlər çox uyğun. Buna bir “əmma” tapmazdım, lakin təəssüf ki var. Bu yaxınlarda tonal fırçamın başı qopdu 🙁 Düzdür yapışqan vasitəsi ilə düzələn məsələdir. Lakin yenə də, daha möhkəm etmək olardı. Yeganə mənfi cəhəti.

Mac.

Hər şey əladır, keyfiyyəti, dözümlülüyü, tüklər və s. Lakin qiymət azca bahadır.

Sigma.

Mac-dakı kimi, hər şey əladır, qiymət bahadır.

 

Son nəticə olaraq isə, hansı firma?

Məsləhətim odur ki, üz üçün fırçaları cibə uyğun olaraq Real Techniquesdən almaq məsləhətdir.

Göz üçün fırçalar, Zoevadan. Lakin, Zoevanın üz fırçaları da keyfiyyətlidir.

Pulunuz çoxdursa    😀  hər bir fırçanı Mac-dan və ya Sigmadan alın.

Əgər online ala bilmirsinizsə, Sigma, RT, Zoeva ala bilmirsinizsə, o zaman, Bakıda Mac-dan nisbətən ucuz İnglot fırçalarını əldə edə bilərsiniz. O da ki, göz üçün olanlardan.

Bu qədər, ümid edirəm seçiminizə kömək ola bildim, sualnız olsa ünvanlamaqdan çəkinməyin! 🙂

 

 

3 Comments

Leave a Reply