INGLOT – DURALİNE

Bildiyiniz kimi, göz kölgəsinin daha uzun müddətli qalması üçün adətən göz bazından istifadə edirik. 

Lakin bir yolu daha var. 

İnglot – Duraline.

Mən İnglotdan zerli toz şəklində göz kölgəsi alanda, ordakı satış asistenti mənə bu məhsulu tanıtdı. Dedi ki, toz şəklində olan göz kölgələrininin yaxşı oturmasına kömək edir. Mən də aldım 🙂 (belə məlumatlar veriləndə anında alıb test etmək istəyirəm). 

Bu məhsul yağ kimidir, göz qapağına çəkirəm və gözləyirəm bir az qurusun sonra toz göz kölgəsini tətbiq edirəm. 

Lakin mən bu məhsulu başqa yöndən də kəşf etmişəm. 

Belə ki, adi göz kölgəsini yağlı göstərmək istəyirsinizsə də bu məhsuldan istifadə edə bilərsiniz. Rəng daha gözəl çıxır, daha yağlı görünür, əsl rəngini verir, parlaq görünür. 

Üstəlik, çox qalıcı olur, hətta deyim ki, göz bazasından daha güclüdür qalıcığı baxımından. 

Bu da əlimdə görüntüsü, fərqi görün. 

1. Toz şəklində olan bir göz kölgəsindəki görüntü (yəni piqment)

DSC_0019

 

2.Adi göz kölgəsi

DSC_0016 copy

 İstifadəsi də çox uzun müddətlidir, bir damcı bəs edir hər istifadədə. 

Məncə çox faydalı bir məhsuldur. İnglotdakı göz bazası yerinə bunu almaq daha məsləhətdir, çünki İnglotdakı bazanın effekti yoxdur. 

Ümid edirəm faydalı bir məlumat oldu, suallarınız olsa şərhlərdə yazın.

 

3 Comments

Leave a Reply