Şaftalı tonlarında olan ənlik seriyama davam edirəm 🙂
Inglotdan aldığım bu ənliyin rəngini çox sevərək seçmişdim və yayda da sevərək istifadə edəcəm. Daha öncə də qeyd etdiyim kimi bu rəng tonunda ənliklər yayda bronzlaşmış dərinin üzərində çox təbii effekt yaradır.
Bu ənliyi çox bəyəndim.
Müsbət cəhətləri
- Qiyməti
- Teksturası
- Rəng verməsi.
Mənfi cəhəti
- qabsız olması.
Qiyməti çox uyğundur, cəmi 6 azn. Teksturası yumşaqdır, bunun sayəsində gözəl yayılır üzdə. Rəngini də gözəl verir.
Qabsız olması problemini həll etmək olar, İnglotun özündə kiçik ənlik paletləri satırlar, yaxud da, online olaraq Z Palette alıb (maqnitli boş palet) bu ənliyi və digər məhsulları o paletdə saxlaya bilərsiniz.
Məndə olan nömrəsi 47
Qiyməti 6 azn.
Hardan ala bilərsiniz?
Şəhərdəki İnglot mağazalarından. Fəvvarələr meydanında, 28mall ticarət mərkəzində yerləşir mağazalar.
Bu ənliyin nömrəsi neçədir? Zəhmət olmasa, qeyd edin.
qeyd etdim 47