İNSTAGRAMDA İZLƏDİYİM MARAQLI PROFİLLƏR

Etiraf edək ki, günü gündən instagramda yeni və maraqlı səhifələrin sayı artır. Hər biri də özünə görə uğurlu olur və hər birinin də öz izləyicisi olur.

Bu postum hansi pis, hansı yaxşı profil barədə deyil. Bu postumda şəxsən mənim sevərək izlədiyim profilləri sizə tanıtmaq istəyirəm.

BÖYÜK HƏRFLƏRLƏ YAZIM Kİ, POSTUM REKLAM XARAKTERİ DAŞIMIR.

Fashion 

Hər gün yeni bir fashion blogger çıxır desəm yəqin səhv etmərəm. Kimisi həvəskar, kimisi bu işdə ciddi iş planları qurmuş, kimisi sadəcə yaxşı zövqü olan, kimisi professionaldır. Amma məncə bir çoxu bir-birini təkrarlayır və maraqlı look’lar olduqca azdır.

Mənim marağımı çəkən həmişə qeyri-adi looklar olub. Bu bunla olmaz dediyimiz əşyaları OLAR! deyib birləşdirib geyinənlər.

Mouradova 

screen-shot-2016-12-05-at-17-15-56

 

Sevinc məncə layiqindən az tanınır. Belə bloqların izləyicisi mütləq artmalıdır, çünki, xanımlara qeyri-adi looklar təqdim edir, öz profilini səliqəli istifadə edir və işində ciddidir.

Toostyle.co

screen-shot-2016-12-05-at-17-15-34

Turan da eynən Sevinc kimi qeyri-adi zövqə malik qızdır. Bunu onun elə toyunun tərtibatından, seçdiyi gəlinlikdən, gördüyü işlərdən başa düşmək olar.

Kitchen

Bahasun

screen-shot-2016-12-05-at-17-15-20

Asan reseptlər, aydın izah, səhifəni istifadə edən zərif və zövqlü xanım. Deyəcəksiz mətbəxdə nə zövq? Amma məhz elə mətbəxdə zövq olmalıdır, yeməklərin dadlı olması ilə yanaşı təqdimatı da gözəl olmalıdır. Günel doğrudan çox bacarıqlı xanımdır, Hollandiyada yaşayır, amma öz qızlarımızı unutmayıb faydalı, dadlı və gözəl reseptləri bizimlə bölüşür. Bir neçə reseptdən istifadə etmişəm – çox dadlı alınıb.

Evdemen.posts

screen-shot-2016-12-05-at-17-15-08

Yaxın əyləşin. Çox gözəl əl bacarığı olan Nilufər dadlı olmaqla yanaşı dietik olan şirniyyatlar və ev yeməkləri hazırlamağa kömək edir. Profili çox yenidir, amma buna baxmayaraq çox maraqlıdır və ən əsası çox yararlıdır. Formanıza mane olmayan şirniyyatlar, sağlam qidalanma yeməkləri hazırlamağı öyrənmək istəyirsinizsə mütləq izləyin.

Lifestyle & Travel

Justaygun

screen-shot-2016-12-05-at-17-14-56

Aygün o qədər aktiv bloggerdir ki! Tənbəllik sözünün T-si də yoxdur onda. Hər həftə yeni videolar, əl işləri, səyahət vlogları sizi gözləyir. Onunla darıxmayacaqsınız.

Yegana_travel_diary

screen-shot-2016-12-05-at-17-14-42

Yeganə isə gəzərək maraqlı məlumatlar toplayır. Topladıqlarını da özünə saxlamır. Hər birini öz profilində paylaşır. Məsələn Yeganəni gəzdiyi bəzi ölkələri mən də gəzsəm də, mən bu məlumatları bilmirdim. Ancaq onun instabloqundan oxuyub məlumatlanmışam.

Shopping

Dreamy.corner

screen-shot-2016-12-05-at-17-14-06

Alış-veriş səhifələri olduqca çoxdur. Fikrimcə ən sərfəli qiymətlər İnaradadır, məhsulların original olduğunu vurğulamağa ehtiyac yoxdur. Bloggerlərin alış-veriş etdiyi səhifə necə saxta məhsul sata bilər?

Elmakitab

screen-shot-2016-12-05-at-17-14-29

Türkiyədən kitab sifariş vermək istəyirsinizsə Sara sizə kömək olacaq. Bu səhifənin özəlliyi odur ki, sahibi özü də kitab oxumağı çox sevir. Ona görə də o bu işdə pul qazanmağı əsas tutmur. Mütəmadi olaraq səhifəsində endirimlər olur. Kitablar haqqında maraq yaradan şərhlər də paylaşır. Mən hər dəfə onun səhifəsinə girdikdə yeni kitab almaq istəyirəm. Amma əlimdə 9823647623973 ədəd oxumadığım kitab olduğu üçün, utanıram və sifariş etmirəm. 😀

 

Məncə bu qədər. Ümid edirəm mənim bəyəndiyim səhifələr sizin də zövqünüzü oxşayacaq və əlbəttə ən əsası yararlanacaqsınız.

Sevgi ilə qalın!

 

Leave a Reply