KİLOLU XANIMLAR GƏLİNLİK SEÇƏRKƏN NƏYƏ DİQQƏT ETMƏLİDİR?

Bir xanım müraciət etdi ki, tezliklə toyudur və kiloludur, gəlinlik seçimi ilə bağlı bir post yazım. Bu bir az dəb sahəsinə girir, amma əlbəttə mən də toyum olan ərəfədə kilolu olduğum üçün bunu araşdırmışdım.

Öz gəlinliyimi necə seçmişdim?

Toyumda hardasa 73-75 kilo aralığında idim. Bunu normal hesab edirdim, çünki, 88 kilonu görmüş insan 73 kilonu əlbəttə az hesab edir. Hündür olduğum üçün də çox kök görünmürdüm. Lakin, kilomun fərqində idim və gəlinlik seçərkən də nəzərə aldım. Qeyd edim ki, ikinci girdiyim mağazada və ikinci geyindiyim gəlinliyi seçdim. Bu qədər qısa zamanda belə əmin qərar verdim.

Paltarımı çox həcmli istəmirdim, çünki sadə, rahat və sakit bir gəlinlik istəyirdim. Şahzadə kimi görünmək xəyallarım heç vaxt olmayıb. Ona görə də A formasında bir gəlinlik seçdim, sadəcə qarın hissəsində qaşları var idi, daha artıq daş-qaşa dözə bilməzdim   😀

2v2a5904-recovered

Gəlinliyi geyinərkən qollarında heç nə yox idi, amma qollarımın maşallahı olduğu üçün çiyinlər açıq olmaq şərti ilə dirsəkdən bir az aşağı olan güpur qollar tikdirdim. Çiyinlərin açıq olması qollu gəlinlikləri sanki boğmur.

Kilosu artıq olan xanımlara məsləhətim budur ki, birinci bədəninizdə razı qalmadığınız qüsurları tapın (məndə qollar idi). Daha sonra o qüsurları necə daha az nəzərə çarpan etmək olar onu fikirləşin. Gəlinliyin bir müsbət cəhəti var ki, hər kəs onda gözəl görünür (düzgün seçilibsə). Məsələn, aşağı hissədən geniş olan xanımlar bu problemi geniş ətəyi olan gəlinliklə həll edə bilərlər, donun altindan heç nə görünmür 😀 Sinə hissədən böyük xanımlar V yaxalı gəlinliklərə üstünlük verməlidirlər.

Səhv seçimlər.

Kilolu xanımlar kilolarını qətiyyən görməzdən gəlməsinlər. Gəlinlik adamın əyninə ola bilər, amma artıq ətlər gəlinliyin ora-burasından daşırsa bu artıq gözəl görüntü yaratmır. Hansı gəlin vulqar görünmək istəyər? Gəlin məncə saf və təmiz görünməlidir. Odur ki, gəlinliyiniz tam əyninizə otursun, qüsurlarınızı vurğulamaq yerinə onlardan diqqəti yayındırın.

Asqısısız gəlinliklər. Sinə hissəsindən böyük xanımlar mütləq asqısı olan gəlinlik seçsinlər (arzu olunandır ki, qalın asqılı, yaxud tərs sinəsi ürəyin yuxarı hissəsi formalı, yaxud üst hissəsi X şəklində ). Asqısı olmayan gəlinliklər toy boyu çətinlik yaradır, rəqs edərkən gəlinin bütün fikri zikri gəlinliyi yuxarı dartmaqda olur. Bu isə toy videosunda çox xoşagəlməz görüntü yaradır.

b1444ff4145981b9046714d5b211215ed0a7d4f0d69991d881f801f512fff173 f9ba719e6b9e550b1f785bf2f398b121 plus-size-dresses-for-wedding

Balıq formalı gəlinliklər. Formaları yerində olan, yəni proporsional kilolu olan xanımlara bu forma çox yaraşır və bədəni vurğulayır. Amma sizin incə beliniz yoxdursa məncə heç balıq formalı gəlinliklərə tərəf baxmayın. Bir də aşağı hissəniz çox genişdirsə, balıq formalı gəlinlik bunu daha da vurğulayacaq.

                                                                                                                               yes                                                         no 

abito-taglie-forti-per-sposa-aline-abito-da-sposa-taglie-forty-tessuti-raso-e-pizzo gorgeous-half-sleeves-mermaid-wedding-dresses

 

Qolu uzun gəlinliklər.  Qolu uzun gəlinlikləri bir o qədər sevmirəm. Yəni düz biləyə kimi olan, bu kilolu xanımların görüntüsünü daha da boğur zənnimcə. Ona görə əgər qollarınızı örtmək istəyirsinizsə, ya dirsəyə kimi olsun, yaxud biləyə kimi olacaqsa çiyinlər açıq olsun, yəni görüntünün boğulmaması üçün açıq pəncərə qoyun 😀

modest-plus-size-wedding-dress-gowns-long-sleeves-lace-a-line

Sinə altından genişlənən gəlinliklər. Əgər qarnınız varsa qətiyyən sinı altından genişlənən gəlinlik seçməyin. Əlbəttə hamilə görüntüsü yaratmaq istəmirsinizsə 😀

4-long-sleeves-empire-waist-a-line-white-chiffon-bridal-ball-gowns

 

Mənim müşahidə etdiyim və araşdırdıqlarım bunlardan ibarətdir. Zövqünüzü əlbəttə qoruyun, komplekssiz olun və özünüzü kilolu belə gözəl hesab edin! ki, gözəlsiniz də! Amma kiloları görməzdən gəlməyin, onları yox sanmayın. Bu insanı çox yanıldır və görüntünü korlamağa bəs edir.

Bir neçə şəkil təqdim edirəm toyumdan, sevgi ilə qalın!

2v2a5886-rec recovered

Leave a Reply