KİRPİK QAYNAĞI

Son zamanlar gözəllik salonlarında addımbaşı kirpik qaynağı reklamlarını görürük. Qıraqdan yaxşı səslənir, bəs görəsən proses və effekt doğrudan da ürəkaçandır? 🙂

Kirpik qaynağı iki cür olur, 3-5 kirpiyin dəstə halında qaynağı və süni kirpiklərin tək-tək yapışdırılması vasitəsilə həyata keçirilən qaynaq. 

İnternetdə oxuduğum qədərilə artıq dəstə halında qaynaq çox populyar deyil və tək-tək yapışdırılan kirpiklər daha təbii görünür.

Hər ikisinin prosesi 1,5-2 saat vaxt alır. Kirpiklərin uzunluğunu, həcmini öz istəyinizlə təyin edirsiniz. 

Kirpiklər xüsusi gel yapışqan vasitəsilə yapışdırılır, bu yapışqan qara və rəngsiz ola bilər. 

Qaynağı hər 2-3 həftədən bir korreksiya etmək lazımdır. 6 ay dalbadal qaynaq etmisinizsə, artıq öz kirpiklərinizin bərpa olunması üçün fasilə verməlisiniz. 

Kirpik qaynağından sonra 2 saat ərzində gözləri yumaq olmaz. Gözləri ovuşdurmaq, yatarkən üzü üstə yatmaq, göz makiyajından istifadə etmək (istifadə etsəniz belə qaynaqlı kirpiklərə dəyməmək şərti ilə çıxarmaq), tuş-dan istifadə etmək (xüsusilə də çətin çıxan), kirpikləri burmaq, saunaya getmək, yağlı kremlərdən istifadə etmək, qaynaq olunmuş kirpiklərin ömrünü qısaldır. 

Müsbət cəhətləri : 2 saat içində gözəl baxışlara sahib olmaq olur. Bildiyiniz kimi, kirpik insanı çox dəyişir. Tuşdan istifadə etmək o qədər də lazım olmur (xüsusən də tətilə getmisinizsə, tuşun axacağı problemi ilə üzləşməyəcəksiniz). Qaynaq ağrısız həyata keçirilir. 

Mənfi cəhətləri : yuxarıda qeyd etdiyim kimi, ağır göz makiyajından imtina etmək lazım olacaq, yağ tərkibli kosmetikalardan istifadə etmək olmaz, linza taxmaq məsləhət deyil. Konyuktivitdən əziyyət çəkən və gözləri həssas olan xanımlara bu prosedur tövsiyə olunmur. Hər 2-3 həftəfən bir korreksiya etmək lazımdır. 

Bu ümumi məlumatdır, keçim öz düşüncəmə bunun barədə. 

Kim istəməz ki, gözəl və həcmli kirpikləri olsun və görünüşündə təbii gözəllik yaransın? Amma hər şey o qədər də asan deyil. Nəyisə etməzdən öncə internetdə məqalələr oxumaqla yanaşı, mütləq və mütləq bu proseduru etmiş insanların bölüşdükləri fikirləri də oxumaq lazımdır. Mən bu barədə axtarış etdım, bir nəfər də olsun ki, tazm olaraq razı qalana rast gəlmədim. 

Şərhlər belədir ki, kirpiklər ilk 1-2 gun ideal görünür, daha sonrakı günlərdə tökülməyə başlayır, tökülmə prosesində qızların öz kirpikləri də süni yapışdırılanlarla qopur. Bu isə düşünürəm ki, dəhşətdir. Kirpiklərin özünə gəlməsi, bərpası çox uzun zaman alır. 

Belə düşünürəm ki, bu prosedura ancaq öz kirpikləri çox-çox az olan qızlar razı ola bilər (itirməyə heç nələri yoxdursa, qorxmağa da dəyməz).

Yox əgər sizin normal həcmdə və uzunluqda kirpikləriniz varsa, uzaq qaçın deyərdim. 

Bu da internetdən şəkillər. 

2 qızın nəticəsi var, 

1.Qaynaqdan dərhal sonra, 2 bir neçə gün sonra. 

Untitled-1

Qeyd. Artıq elətdirmisinizsə və çıxarmaq istəyirsinizsə, özünüz evdə etməyin, mütləq ustanın çıxarması üçün salona yaxınlaşın. 

3 Comments

  • Arzu says:

    Salam Aysel xanim.cox sagolun ki bele deyerli melumat paylawmisiz.dogurdan da duwunurdum bu haqda ama sizden sora emin oldum ki qaynaq eletdirmek lazim deyil.soylediyiniz her fikirle cox raziyam

  • Gizli qalsın says:

    Teşekkür edirem , Aysel xanım. Bütün menfi və müsbet cehetleri obyektiv işıqlandırdığınız üçün. Düzü evvel oxuyanda fikirleşdim ki , yene hansısa salon işçisi müşteri axtarır , amma menfi cehetleri yazdığınızı görende size etibarım artdı. Menim üzümde çoxlu sayda çapıqlar var ( sızanaklardan sonrakı ). Bununla neçe illerdir ki , mübarize aparıram. Amma çapıqlardan qurtula bilmirem. Sizin meslehetiniz varsa eşitmek isterdim.

  • Faxa says:

    Salam men olke xaricindeyem den den 4-5 kirpik qalib onlari neca cixara bilerem?

Leave a Reply