LANCOME HYPNOSE DRAMA & SHISEIDO (EYELASH CURLER)

Mascara seçimi həmişə çətin və fərqli olub. Razı qaldığımıza rast gələnə kimi nə qədər mascara alıb yoxlamışıq, saymaqla bitməz 🙂 Sevdiyim mascaralar çoxdur, bugün Lancome Hypnose Dramadan yazmaq və effektini göstərmək istəyirəm. Bir də, mascara ilə bərabər istifadə etdiyim kirpik burandan yazacam.

Başlayaq kirpik burandan. Kirpikləriniz çox düzdürsə bundan mütləq əldə etməlisiniz. Bundan əvvəl mən 1 ədəd də ucuz bir kirpik buran əldə etmişdim, lakin heç bir nəticə əldə etmirdim. Shiseido-dan sonra kirpik buranın nə işə yaradığını anladım 🙂

Shiseido Eyelash Curler

SHISEIDO

  • kirpikləri doğrudan burur
  • qiyməti azca yüksəkdir.

İstifadə qaydası, kirpiklərinizi 3 dəfə ardıcıl olaraq burursunuz, daha sonra mascara tətbiq edirsiniz ki, fix olunsun.

Before/After

ikiiiiii

 

Keçək sevimli mascarama

Lancome Hypnose Drama

HYPNOSE1

Müsbət xüsusiyyətləri:

  • kirpiklərinizə həcm verəcək
  • kirpiklərinizi tək-tək darayacaq

Mənfi xüsusiyyətləri :

  • qiyməti

Doğrudan da bu mascara kirpiklərimə ən gözəl həcm verən mascaradır. Lancome mascaraları ümumiyyətlə çox sevilir.

Fırçası dalğavari formadadır, yumşaqdır (plastik dişləri yoxdur), zil qaradır.

HYPNOSE2

 

Before/After

biiiir

Mascaranın Amerikada qiyməti – 27,50 $

Eyelash Curler-in qiyməti –  19 $

Bəs sizin ən sevdiyiniz və razı qaldığınız mascara hansıdır? Məsləhət gördüyünüz, alıb mütləq yoxlamalı olduğum bir məsləhətiniz varsa, xahiş edirəm şərhinizi əsirgəməyin! 🙂

Hər hansı sualınız olsa ünvanlamaqdan çəkinməyin.

2 Comments

Leave a Reply