LE VOLUME DE CHANEL MASCARA| MƏHSUL İNCƏLƏMƏSİ

Bugün haqqında pis fikir eşitmədiyim və dözməyib mənim də aldığım bir mascaradan yazmaq istəyirəm.

Le Volume de Chanel.

Son zamanlar təsadüfi şəkildə bir neçe insanın təriflədiyini gördüm, düşündüm bu bir işarədir və mən bunu almalıyam.

Nə söz verir bu mascara bizə? Adından da göründüyü kimi həcm. Lakin, həcmlə yanaşı kirpikləri çox uzadır. Mən bu mascaranı aldıqdan bəri heç taxma kirpik istifadə etmirəm.

Məndə olan rəngi 10 Noir

IMG_7005 copy

Məndə waterproof-dur və xüsusi günlərdə istifadə edirəm, sevdiyim xüsusiyyəti odur ki, saatlar keçsə də gözün altına yayılma və yaxud tökülmə kimi xoşagəlməz hallar olmur. Mən aldığım saytda bu mascara 2 variantda var, biri nazik fırçalı və nazik fırçalı olanın 4 rəng seçimi var (qara, bənövşəyi, mavi və qəhvəyi). Məndə olan variantın isə 2 rəngi var. Qara və qəhvəyi.

Bu dörd rəng seçimi olan mascaradır.            Bu isə məndəki waterproof olan.

_9384020                             IMG_7004 copy

Gözdə görüntüsü.

chanellll

Bəyəndiyim xüsusiyyətləri kirpikləri uzun və dolğun göstərməsi, gözlərdə qalıcığıdır. Waterproof olmayan variantın qalıcığı barədə bir şey deməyəcəm amma.

Bəyənmədiyim xüsusiyyəti, kirpiklərdə sərt qalmasıdır. Bu da düşünürəm waterproof olduğu üçündür.

Aldığım sayt : nordstrom.com

Qiyməti: 32$

Ümid edirəm bu postdan yararlana bildiniz, hər hansı sualınız olsa ünvanlamaqdan çəkinməyin.

 

Leave a Reply