Salamlar!
Bugün, İdeal mağazalar şəbəkəsinin mənə göndərdiyi bağlamada ən sevdiyim məhsul barədə yazmaq istəyirəm sizə.
Lumene Beauty drops.
Qabda 28 ədəd kapsul olan bu məhsul 28 gün ərzində istifadə etdiyimizdə dərimizin daha sağlam, parlaq görüntü qazanacağına söz verir. Kapsulların içində krem şəklində maddə var. Məhsulu artıq 10 gündən artıqdır ki, hər səhər istifadə edirəm, istifadəsi o qədər xoş məhsuldur ki. Dəriyə tətbiq etdikdən sonra dərinizdə məxməri bir hiss buraxdığını görəcəksiniz. Dərini matlaşdırır, heç bir yapışqan hissdən, üzdə narahatçılıqdan söhbət gedə bilməz.
Əgər dəriniz yağlıdırsa – bu məhsul sizin üçün “must have”dir. Amma quru-qarışıq dərili xanımların belə bu məhsulu sevəcəyindən əminəm.
Yuxarıda da qeyd etdiyim kimi, məhsulu hər səhər üzümü yuduqdan sonra istifadə edirəm, dərimin yumşaldığını, ilk dəfədən hiss edirəm, hər gün istifadə etdikcə dərimin daha aydın, daha təravətli göründüyünü hiss edirəm. Məhsul məndə heç bir allergik reaksiya yaratmad.
Əlavə olaraq onu qeyd edim ki, Lumene beauty drops – Valo seriyasının məhsuludur, bu seriyada siz dərinin sağlam görünməsinə kömək edən gündüz-gecə kremi, gözətrafı krem, köpük və s.məhsullar tapa bilərsiniz.
Ətraflı baxmaq istəsəniz link – BURADA.
Mən bu məhsulu çox sevdim və yenidən əldə edəcəyim məhsula çevrildi.
Qiyməti : 46 azn