Bugün mənə İdeal mağazası tərəfindən göndərilən Lumene miselyar su barədə fikirlərimi yazmaq istəyirəm.
Məhsulu uzun müddətdir ki, istifadə edirəm, odur ki, məshulu yaxşı müşahidə etməyə vaxtım çox olub.
Ümumiyyətlə makiyajın təmizlənməsində miselyar sudan istifadə etməyi çox sevirəm. Bu həm asan variantdır, həm də dərimin yaxşı təmizləndiyini hiss edirəm.
Mənə təqdim edilən kiçik ölçü (səyahət ölçüsü) və böyük ölçüdə olan məhsul oldu.
Qeyd edim ki, bu məhsul öz işini zənnimcə çox yaxşı görür, makiyajımı çox yaxşı təmizləyir ( 1 böyük pambıqla), üzümdə allergik reaksiya yaratmır (təəssüf təcrübələrimdə üzdə allergik reaksiya yaradan miselyar su olub), göz makiyajını təmizləmir, amma yumşaldır və daha sonra mən göz makiyajı təmizləmə vasitəmlə göz makiyajımı çıxarıram.
Bu məhsuldan istifadə etdikdən sonra üzümün təmizləndiyini hiss edirəm.
Mənə uyğun olmayan tərəflərindən biri ətri oldu, məhsuldan spirt ətri gəlir, tətbiq edərkən düşünürsən ki, indi gözlərimi yandıracaq, yaxud dərimdə nəsə yaxşı olmayacaq. Amma belə bir şey olmur, dəridə heç bir qıcıqlanma, yanma yaratmır sadəcə ətri kəskindir.
Bu məhsuldan sonra quru dərisi olan xanımlar üzlərini mütləq nəmləndirməlidirlər, yağlı dərilərə daha uyğun miselyar sudur zənnimcə.
Ümumilikdə məhsuldan razı qaldım. Dərimdə heç bir problem yaratmadan makiyajı yaxşıca təmizləyə bilir.
Qiyməti : Böyük ölçü (250 ml) 14 azn, kiçik ölçü 8 azn.
Hardan əldə edə bilərsiniz: İdeal parfumeriya mağazalarından.
Faydalı yazıdır. Təşəkkürlər. Bloquma dəvətlisiniz. 🙂