M-A-C COSMETİCS ALIŞ-VERİŞİM

Bildiyiniz kimi bu yaxınlarda internet vasitəsilə Mac-dan bir neçə məhsul aldım. Nələr aldığım, məhsulların mənə neçəyə başa gəldiyi, çatdırılma pulu barədə danışmaq istəyirəm. Mən adətən nəsə online alanda həmişə Bakıdakı qiymətlə müqayisə edib sifariş edirəm. Əgər cibimə sərf etməsə, elə Bakıdan alıram 🙂

Başlayaq.

İlk öncə onu qeyd edim ki, Fevralın 13-ü sifariş etdiyim bağlama əlimə 24 mart çatdı. Camex-də nəsə problem var idi, onunçün belə gecikdi.

Mac-ın Amerika qiymətləri çox ucuzdur, odur ki, saytda istədiyim şeyləri rahatlıqla ala bildim.

İlk öncə tonal krem istədim test edim, odur ki, bir az araşdırdım və son qərar olaraq krem pudra teksturalı tonal kremini seçdim.

MAC Studio Tech 

DSC_0101     DSC_0099

Güzgülü bir qabdadır, tonal kremi qaldırdıqda altında istifadəsi üçün süngər də var. Lakin heç istifadəyə yararlı deyil. Ən yaxşısı bu məhsulu Buffing brushla istifadə etməkdir.

Belə quru görünməyinə baxmayın, buffing brusha MAC fix + sıxırsız onda üzə yumşaq oturur.

İstifadə etmişəm və razı qalmışam, lakin hələ öyrəşməmişəm. Örtücülüyü yaxşıdır. İstifadə etməyə davam edəcəm.

Rəngi – Nc27

Qiyməti – 31$ (24 azn)

Daha sonra Mac-dan həmişə konsiler istəyirdim. Mac-ın yenə də bir neçə konsileri var, mənim seçimim bu oldu.

Mac “Mineralize” concealer

DSC_0106       DSC_0091

Çox gözəl örtür, yumşaq teksturası var, lakin su kimi də deyil. Yaxşı oturur. Mən çox razı qaldım, sevə-sevə istifadə edirəm.

Rəngi – Nc20

Qiyməti – 20$ (16 azn)

Bir də həmişə Mac-dan dodaq boyalarının niyə bu qədər sevildiyi mənə maraqlı gəlirdi. Rənglərinin gözəl olduğunu görürdüm, amma test etməmiş deyə bilməzdim!

İki ədə sifarış verdim, yumşaqdılar, dodağa gözəl otururlar.

Mac Hot Tahiti (sol) dodaqda çox təbii görüntü yaradır. Rəng belə qəhvəyi kimi görünür və dodaqda rəngi görünür, ancaq çox təbii görünür.

Mac Candy Yum Yum – hamı tərəfindən sevilən rəng, yayın rəngidir əsl. O qədər dadlı (sözün əsl mənasında) və çəkici rəngdir ki, mən də çox sevdim!

DSC_0089

Sol rəng – Mac Hot Tahiti

Digəri – Mac Candy Yum Yum

Qiymətləri – 16$ (12,50 azn)

 

Və aldığım ən son məhsul dırnaq boyası oldu. Dedim dırnaq boyasını da test edim. Düzü sözün əsl mənasında test etməmişəm. Amma rəngi ən sevdiyim rəngdir! Bu rəngi hardasa 2011-ci ildən istəyirəm, müxtəlif tonlarını almışam, amma tam tutuzdura bilməmişdim.

Mac Nail Laquer

DSC_0107 DSC_0112

 

Rəng – Quiet Time

Qiyməti – 16$ (12,50 azn)

 

Keçək bu məsələyə ki, bunların çatdırılması mənə neçəyə başa gəldi.

Qeyd edim ki, Camex vasitəsilə sifariş verdim.

Bağlamam Amerika adresinə – 8,79 $ ( 6,89 azn) getdi. Bakıda isə Camex şirkətinə  9,55 azn ödədim.

Beləliklə bu 5 məhsuldan ibarət bağlamaya əlavə olaraq cəmi  17 manat ödədim. Yəni hər məhsulu öz dəyərindən cəmi-cümü 3,4 manat baha aldım 🙂

Odur ki, qızlar online shopping bəzən cibimizə xeyir də verir! 😀

Bu arada Bakıda da Mac açılacaq, instagramda izləyirsinizsə şəkil post etmişəm.

Qiymətlərin bizi dəli etməyəcəyi ümidi ilə, hələlik!

 

17 Comments

Leave a Reply