MAC Nail Lacquer |MƏHSUL İNCƏLƏMƏSİ

IMG_1370

 

Yəqin dırnaq boyasına qarşı sevgisi olmayan çox az qadın var. Dırnaq boyası qadının makiyajını, geyimini tamamlayan bir vasitədir. Rənglərin düzgün uyğunlaşdırmaqla çox dəbli və fərqli bir görünüm yaratmaq mümkündür, odur ki, dırnaq boyası deyib keçməmək lazımdır 🙂

 

Fərqli markalardan olan dırnaq boyalarından istifadə edirəm, lakin bugün, MAC -dan əldə etdiyim 2 dırnaq boyası barədə yazacam. Keyfiyyəti, qiyməti, hardan əldə edə biləcəyiniz barədə məlumat verəcəm.

 

İlk öncə Mac-dan əldə etdiyim ilk dırnaq boyası neytral rəng olan, MAC Quiet time.

 

 

Bu rəngi sevirəm, çünki,

1. Hər geyimlə uyğunlaşdırmaq olur, harasa tələsəndə rəng seçmək kimi vaxtınız yoxdursa tez bu rəngi dırnaqlara sürtərək gözəl dırnaqlara sahib ola bilərsiniz.

2. Neytral rəng olduğu üçün, dırnaqlarda səliqəli görünür, kənara çıxma kimi problemi olmur, dırnaqdan da asanlıqla çıxır və kənarlara yayılmır.

3. İstənilən ikinci rənglə uyğunlaşdırmaq olur.

 

MAC Quiet Time

IMG_1379

 

 

Keçim bu dırnaq boyasının keyfiyyətinə.

 

Təəssüf ki, keyfiyyəti barədə çox yüksək fikirlər deyə bilməyəcəm. Mən düzü daha artıq bir şey gözləyirdim, ən azından dırnağa yaxşı oturmağını istəyərdim.

Lakin, təəssüf ki, dırnağa 3-cü qatdan sonra gözəl oturur. 3 qat isə məncə çoxdur.

Dırnaq boyalarının ən böyük problemi də dırnaqlarda neçə gün qalacağıdır. Yenə də qeyd edim ki, bu barədə də təəccübləndirmədi məni, 2-ci günündə qopdu dırnağımdan.

 

Dırnaqda görünümü

 

IMG_1333

 

Qiyməti barədə isə onu deyim ki, Amerikada rəsmi saytında qiyməti 12 $. Lakin, mən digər saytdan 16 $ sifariş etmişdim.

Bakıdakı qiyməti barədə məlumatım yoxdur.

 

Mac-dan əldə etdiyim ikinci dırnaq boyası isə MAC Formidable.

Əslində düşünmüşdüm ki, daha Mac-dan dırnaq boyası almayacam, çünki, eyni rəngi və eyni keyfiyyəti digər dırnaq boyası markalarında da tapmaq ola.

Lakin bu rəngi gördükdən sonra, sözümü unutdum 🙂

 

MAC Formidable

IMG_1377

 

Rəng göründüyü kimi parıltılıdır, zərlər var və rəng çalarları dəyişir. Çox gözəl rəngdir, zərli olmağına baxmayaraq adamın gözünü çıxarmır 😀

 

Keyfiyyət baxımından Quiet Time-dan yaxşıdır, çünki rəngi tünddür və dırnağı tez örtür, neçə gün qaldığını deyə bilməyəcəm çünki təzə əldə etmişəm. Amma düşünmürəm ki, uzun çəksin. Ümumiyyətlə bu barədə dözümlü dırnaq boyası yoxdur məncə.

 

Dırnaqda görünümü

IMG_1362

 

Keçək bunları hardan əldə edəcəyiniz barədə məlumata

 

1. Online sifarış verə bilərsiniz (bu bir az uzun çəkir, amma online sifarişlə yaxından tanışsınızsa sizə çətin olmayacaq)

2. İnstagram vasitəsilə alış-veriş edən səhifələrdən sifariş edə bilərsiniz, mən ikinci dırnaq boyasını məhz elə ordan sifariş etmişəm, @wish_list_baku səhifəsi çox sərfəli qiymətə gətirir MAC məhsullarını.

3. Bakıda MAC açılıb, ordan da əldə bilərsiniz. Lakin qiymət fərqinin nə qədər ola biləcəyini deyə bilmərəm.

 

 

Bu qədər, nə sualınız olsa aşağıda şərhlərdə yaza bilərsiniz! 🙂

3 Comments

  • Milay says:

    Tewekkurler maraqli postdu men de mac almagi duwunurdum lap yerine duwdu..Qaliciligina gore Konad laklari da yaxwidi keyfiyyetli laklardi meslehet gorerdim:)

  • Aysel says:

    Aysel xanım bloqu yaratdığınız üçün çox sevinirəm.Xanımlara bunnan böyük köməyiniz dəyə bilməzdi.zəhmət olmasa mənə xaricdən necə məhsul almağı öyrədəsiz.mən kryolan və mac məhsulu istəyirəm . 1də hansi daha məsləhətlidi?həm keyfiyyət həmdə puluna görə?

Leave a Reply