MAC PAINT POT

Əgər indiyənəcən göz bazası axtarıb tapa bilməmisinizsə bu post böyük ehtimalla sizə kömək olacaq.

İlk öncə qısaca göz bazasının nə olduğunu qeyd edim.

Göz bazası, göz kölgəsini tətbiq etmədən öncə göz qapağına çəkilir və

  • Göz kölgəsinin rənglərinin daha aydın görünməsinə,
  • Göz kögəsinin qalıcılığının daha da artmasına
  • Göz kölgəsinin göz qapağında yığılmasının qarşısının alınmasına kömək olur.

Daha əvvəlki postlarda Urban Decay, İnglot, İnglot Duraline haqqında yazmışdım və elə o postlarda Mac Paint Pot əldə etmək istədiyimi qeyd etmişdim.

Bu yaxınlarda əldə etdim.

MAC PAINT POT.

Mac Prolongwear Paint Pot 23 rəngdə təqdim olunub, əslində bu göz bazası yox, qalıcı olan göz kölgələridir.

MAC-Fall-2013-Pro-Longwear-Paint-Pot

Teksturası krem kimidir.

IMG_1950

Məndə olan rəngi Painterly, göz bazası kimi istifadə üçün uyğun bir rəngdir, istənilən rəng göz kölgəsinin altından çəkmək olar.

IMG_1956

Doğrudanda baza vəzifəsini çox gözəl yerinə yetirir və gördüyünüz kimi göz kölgələri öz rəngini daha gözəl verir.

IMG_1953

 

Mənfi tərəflərini hələ ki, görməmişəm.

Soruşsanız ki, Urban Decay yoxsa Mac? Əminliklə cavab verərəm ki, Mac. Urban Decay  original çox yumşaqdır, yağlıdır sanki, rəngsizdir və buna görə də MAc-dan geridə qalır.

Qiyməti rəsmi saytda 21$, Bakıda neçəyədir bilmirəm mən İnstagramda online satış səhifəsi vasitəsilə almışam.

Bu qədər, hər hansı bir sualınız olsa, buyurun! 🙂

 

 

4 Comments

Leave a Reply