Üzdə parlaq görüntü, dərinin sağlam işıltı verməsi məncə hər bir qadının istədiyi bir şeydir.
Mənim parlaq görüntünü çox sevdiyimi bilirsiniz yəqin, odur ki, üzə parlaqlıq söz verən bütün məhsulları alıb yoxlamaq istəyirəm.
Daha əvvəlki postda highlighter olaraq istifadə etdiyim Laura Mercier Foundation Primerden danışmışdım(həmin mövzuya LİNK).
Bugün isə MAC Strobe-dan yazacam.
Müsbət cəhətləri
- yüngüldür
- üzü əla nəmləndirir
- təbii parıltı verir
Mənfi cəhəti isə
- Ətri (lap əvvəllər istifadə etdiyimiz sabun ətri gəlir, çox tünddür 🙁 )
Məhsul dərini doğrudan gözəl nəmləndirir, Laura Mercier-dən fərqli olaraq üzdə ağırlıq yaratmır, cizgilərə dolmur. Üzdə yaxşı yayılır və dəridə təbii parlaqlıq yaradır.
Bir çoxları bu məhsuldan üz dərisini çox parlatmasını gözləyir, lakin elə olmur.
Əgər çox parlaqlıq istəyirsinizsə, mənim etdiyim üsul : ilk öncə üzümə nəmləndirici krem tətbiq edirəm, daha sonra üzərindən Mac Strobe çəkirəm. Ardıcıllığı tonal krem və konsiler davam etdirir. Beləliklə üzümdə istədiyim parıltıya nail oluram.
Hardan ala bilərsiniz?
- Bakıdakı Mac mağazalarından
- İnstagramda satış səhifələrindən
Qiyməti – Balaca boyu 30 ml(məndə olan balacadır və məncə balaca boyu bəs edir normal istifadədə) – 10$
– Böyük boyu 50 ml – 33$