MƏNİ YAXINDAN TANI

Düşünürəm ki, bu məlumatları mənim haqqımda bilmirsiniz. Əgər lap dərindən məni araşdırmamısınızsa 😂

Odur ki, buyurun sizə özüm barədə 10 faktı təqdim edirəm

  1. 21.08.1989 tarixində Bakıda doğulmuşam. Əslən gəncəliyəm.
  2. Papa kimi mən də, Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakultəsinin məzunuyam.
  3. 3 bacının ən kiçiyiyəm, bacılarımla yaş fərqim 7 və 8 yaşdır.
  4. 12-13 yaşımdan papa maşın sürmək öyrədib, 18 yaşımdan sərbəst maşın idarə edirəm.
  5. Ötən il ayağımdan əməliyyat oldum 🙁 Ayağıma da ütü filan düşməyib 😀
  6. Ailəliyəm, necə deyərlər evli-mutlu və balaca itliyəm. İtimizin adı Nikadır.  🐶
  7. Yoldaşımla twitterdən tanış olmuşuq. 💌
  8. Uşaqlıqda hüquqşünas və vəkil olmaq istəyirdim. Hətta 10-cu sinifdə 3-cü qrupa hazırlaşırdım. 11-ci sinifdə fikrimi dəyişdim və 4-cü qrupa hazırlaşdım.
  9. İndiki ağlım olsaydı psixologiya fakultəsinə qəbul olub, elə o sahədə də sevərək işləyərdim.
  10. 10 il müddətində, enişli-çıxışlı olaraq 27 kilo arıqlamışam. Ən çox 88, ən az 61 kq olmuşam.

 

Bu qədər. Dəhşətli faktlar olmasa da, ümid edirəm mən barədə yeni nələrsə öyrəndiniz və məni daha yaxından tanıdınız 😛

 

 

Leave a Reply