Son zamanlar kəşf etmişəm ki, nəmləndirici maskalar çox praktik məhsullardır. Üzü gündəlik nəmləndiricidən iki qat daha çox nəmləndirir və tətbiq edilməsi də asandır.
Məndə nəmləndirən 3 maska var, onlardan yalnız ikisini istifadə etmişəm. Məhz istifadə etdiklərimdən yazacam.
Kiehls Cilantro & Orange Extract Pollutant Defending Masque
Ətri bir az xoşagəlməz olan (amma təbii ki, zövqə görə dəyişir) bu məhsul aldığım ilk nəmləndirici gecə maskasıdır. Bunu yatmazdan öncə üzümə bir qat şəklində tətbiq edirəm, 10-15 dəqiqə gözləyirəm və daha sonra qalıqları salfetə hopdurub, başımı qoyub yatıram. Səhər oyanıb üzümü gel ilə yuyuram və üzüm yupyumşaq olur.
Teksturası qatı krem şəklindədir, yəni elə tətbiq edərkən məhsul dərinizə hopur, salfetlə sadece qalıqları götürürsünüz. 2-3 gün fasilə verməklə istifadə edirəm və dərimin xüsusi nəmlənmə ehtiyacı olduğunu görəndə.
Qiyməti : 29$
Aldığım instagram səhifə : @dreamy.corner
Yves Rocher Hydra Vegetal
Bu məhsulu isə skrabı ilə bərabər əldə etmişəm. Kiehls kimi eyni şəkildə tətbiq edirəm və dərini çox gözəl yumşaldır. Fərqi teksturasında, ətrində ve qiymətindədir. Ətri çox xoşagəlimli, teksturası isə yüngül krem şəklindədir. Üzə tətbiq olunması asandır, krem şəklində elə hopur üzə, qalıqları isə salfetlə silirəm. Səhər dururam skrabla üzümü yuyuram və üzüm türklər demiş bebek poposu kimi yumşaq olur 😀 Qiyməti də çox münasibdir ( Yves Rocher <3)
Qiyməti: dəqiq yadımda deyil
Aldığım yer: Luksemburq Yves Rocher.