Nyx kosmetika firması barədə yəqin ki, eşitmiş olarsınız.
Keyfiyyəti wow olmasa da, müəyyən “ulduz” məhsulları olan Nyx-i mən də çox sevirəm.
Ucuz, bol çeşidli – Nyx-i tərif etsək bu sözləri könül rahatlığı ilə demək olar.
Bu postda bir çox insan tərəfindən sevilən məhsul olan Nyx ənlik barədə təəssüratlarımı yazacam.
Müsbət cəhətləri
- Ucuz olması
- Rəng seçiminin çox olması
- Rəng verməsi
Mənfi cəhəti
- Lazım olandan daha artiq quru olması.
Rəng seçimi çox genişdir və rəngini gözəl verdiyi üçün də bu məhsulun ən müsbət cəhəti rəng seçiminin belə geniş olmasıdır.
Məndə olan rəngi Cinnamon, qırmızımtıl narıncı rəng.
Rəngini doğrudan da gözəl verir, lakin quru olması bir az xoşa gəlmir. Lakin qiymətinin 5$ olması buna müəyyən mənada haqq qazandırır. Təkrar edim ki, məncə qiymətinə görə çox uğurlu bir məhsuldur.
Hardan əldə edə bilərsiniz?
- Grandezza’dan
- www.beautyjoint.com saytından
- İnstagramda satış səhifələrindən.
Qiyməti – 5$