ONLİNE ALIŞ-VERİŞ SAYTLARI

Mənə tonlarla mesaj gəlir – online saytlar haqqında. 

İstəyirəm bu postda sizə bir neçə saytı qeyd edim, hansı ki, özüm də istifadə edirəm. 

İlk öncə onu qeyd edim ki, internetdə online shop saytları çox-çox-çoxdur. Mən saymaqla bitməz, bəlkə də mən 1%-ini bilirəm. 

Bu postda Azərbaycana bir başa çatdırılması olan saytlardan yazacam.

Geyim saytından başlayım, ən çox istifadə etdiyim

 1.http://asos.com/ .

Bu saytda siz paltar, aksesuar, ayaqqabı, çanta və kosmetika əldə edə bilərsiniz. Kişilər üçün də bölümü var. 10-14 gün ərzində çatır. Çatdırılma pulsuzdur. 

2.http://www.riverisland.com/  

Çanta, geyim, ayaqqabı, aksesuar və s. Bura da zövqlü geyimlər tapa bilərsiniz. 

3.http://www.topshop.com/

Mənim çox sevdiyim, əla çantalar, ayaqqabılar olur, geyimləri də gözəl olur. 10-21 gün ərzində gəlir (mənə 21 günə gəlmişdi)

Keçək kosmetika saytlarına. 

1. http://beautyjoint.com/

Burada siz, Rimmel, Nyx, The Balm, NYC, Wet N Wild, Revlon kimi firmaların məhsullarını tapa bilərsiniz. Çatdırılma sifarişinizin ağırlığına görə dəyişir, odur ki, ağır göz kölgələrini (çoxrəngli) sərf etmir.

2. http://www.iherb.com/

Buradan siz saç yağlarını, Jason şampunlarını, Real Techniques fırçalarını və s. məhsulları tapa bilərsiniz. Hər şey çox ucuzdur, pulsuz çatdırılmanı seçsəniz 1 aya çatdırılır. Daha tez çatdırılması pulludur.

3.http://www.sleekmakeup.com/

Məşhuuur hər kəsin sevdiyi sleek. Gözə göz kölgələri var, dodaq boyaları və s. Azərbaycana çatdırılma var. 

4.http://www.feelunique.com/

Burada isə çox keyfiyyətli məhsulları tapa bilərsiniz, Urban Decay, Lancome, Loreal və s kimi məhsulları tapa bilərsiniz, lakin qiymət Azərbaycandan elə də fərqlənmir, sadəcə originallığına əmin olmaq üçün burdan sifariş verə bilərsiniz. RT fırçaları burda da var, amma iHerb saytından çox bahadır. Bakıda da demək olar elə bu qiymətə satırlar. 

5.http://www.lookfantastic.com/

Bu da elə feeluniqe  kimi saytdır, qiymətlər yüksəkdir. 

6.http://www.bhcosmetics.com/

Buradan isə Bh-dən rənglərini çox gözəl verən göz kölgələri sifarış vermək olar, lakin çatdırılma bir az baha çıxır  🙁 

7.https://www.zoeva-shop.de/

Keyfiyyətli və ucuz fırçaları isə bu saytdan almaq olar, çatdırılma 13.50 euro.

7. http://www.desiolens.com/

Rəngli və keyfiyyətli kontakt linzalarını burdan ala bilərsiniz, düzdür rəng seçimi çox deyil, lakin öz istifadəmə əsasən deyirəm ki, çox rahat linzalardır. 

8. http://www.luxyhair.com/

Bu isə bizim azərbaycanlı Mimi İkon sayytıdır, insan saçlarından olan saç əlavələri satılır (çıt-çıt dediyimiz). Qzlar, doğrudan da Bakıdan baha olaraq almaqdansa bu saytdan sifariş verin, qramlarına görə fərqlənir, mənim də fikrimdə var sifariş vermək var ağlımda.

       Bunlar mənim sıx-sıx istifadə etdiyim, girib baxdığım saytlar idi.

Heç istifadə etmədiyim, lakin Azərbaycana çatdırılması olan saytlar  :

1. https://www.victoriassecret.com/  

2. http://ru.shopbop.com/ (geyim)

3. http://www.cosme-de.com/ (kosmetika)

4. http://www.farfetch.com/az/ (geyim)

5. http://www.net-a-porter.com/ (geyim)

Çindən ucuz məhsullar almaq, aksesuarlar, çantalar, qablar, dekorasiyalar almaq istəyirsinizsə :

– http://www.aliexpress.com/ 

Mənfi cəhəti gec gəlir, hardasa 1 ay müddətində.

Bu qədər, okeandan 1-2 damcını sizə çatdıra bildim, lakin, dediyim kimi online shop-lar inanılmaz çoxdur. Hər hansi bir sayta girsəniz baxın görün international shipping var mı? Varsa çox güman ki, Azərbaycana da çatdırılma var. 

Ümid edirəm yararlı məlumat çatdıra bildim, nə sualnız olsa ünvanlamaqdan çəkinməyin 🙂

43 Comments

Leave a Reply