İlk öncə gəlin araşdıraq ki, qaş mascaraları nə üçün lazımdır?
Əgər sözə baxmayan və seyrək qaşlarınız varsa bu kosmetika məhsulundan sizdə mütləq olmalıdır.
Saçımızın istədiyi cür donmasına necə nail oluruq? Saç spreyləri, gelləri ilə. Kirpiklərimizə necə dolğunluq və forma veririk? Kirpik mascaraları ilə.
Qaş mascaraları da məhz buna xidmət edir, qaşlarımızı istədiyimiz formada fix edir və rəngini dolğunlaşdırır.
Hər bir kosmetika firmasının qaş mascaraları mövcuddur demək olar.
Şəffaf qaş gelləri xüsusən sıx qaşlar üçün yaxşıdır, yəni rəng vermədən sadəcə fix etmək üçün.
Rəngli qaş mascaraları isə qaşlara həm rəng verir ( bu məhsul vasitəsilə siz hətta qaşınızın rəngini yarım ton qıra bilərsiniz) həm də fix edir.
Mənim sevdiyim qaş mascarası son zamanlar L`oreal brow artist plumper məhsuludur.
Fırçası çox incə, məhsul əla fix edir və qaşları sərtləşdirmir. Qaşlarda süni görüntü yaratmır, mən qaşlarımda son zamanlar ancaq bu məhsuldan istifadə edirəm.
Məndəki rəngi medium/dark.
Bu şəkildə də, son videolarımda da gördüyünüz kimi qaşlarımı bu məhsulla forma verirəm. Nə sərt sərhədlər yaradır, nə süni görüntü. Sadəcə darayır, səliqəli oturdur tükləri, fix edir və dolğun görüntü yaradır.
Mən bu məhsulu çox sevirəm və bitdikcə alacağım məhsuldur.
Bu arada yəqin ki, xatırlatmağıma ehtiyac yoxdur ki, qaş mascaraları qaşlara forma vermək üçün ən yaxşı seçimdir, bildiyiniz kimi qələm qaş köklərini zədələdiyi üçün qaşlar tökülməyə başlayır.
Bu arada siz qaş mascaralarını ucu kəsik formada olan layner fırçaları ilə də tətbiq edib, qaşınıza daha dəqiq və səliqəli forma verə bilərsiniz.