SHELLACDAN SONRA DIRNAQLARIN BƏRPASI

Shellac nədir? 

Əslində CND markasının qalıcı dırnaq boyalarının adı olan Shellac bizdə elə  qalıcı dırnaq boyasının adı kimi qalıb. Hər kəs qalıcı dırnaq boyasına shellac deyir, lakin, bu yalnız CND markasının qalıcı dırnaq boyalarıdır. Anlaşılmazlıq olmasın deyə bunu qeyd edirəm və irəlidə yalnız qalıcı dırnaq boyası söz birləşməsini istifadə etməyim sizi çaşdırmasın. Söhbət hər kəsin bildiyi shellacdan gedir.

Qalıcı dırnaq boyası nədir?

İçində dırnaq boyasından və qalıcığı artıran geldən ibarət olan vasitə qalıcı dırnaq boyasıdır.

Nə üçün lazımdır? 

Qadının əlləri hər zaman səliqədə olmalıdır, adi dırnaq boyalarının isə ömrü qısadır. Qadının su ilə təmasını nəzərə alsaq buna LAP qısa deyə bilərik. 🙂 Ona görə də bir çox xanımların əlindən tutan bu qalıcı dırnaq boyaları adı manikuru üstələyir və çox populyardır.

Amma əlbəttə qalıcı dırnaq boyası barədə fikirlər birmənalı deyil. Bir çox insan deyir ki, bu dırnaqlara heç bir zərər vermir, əksinə dırnaqların qırılmadan uzanmasına kömək edir və boya da dırnaqda minimum 2 həftə qalır buna görə də əllər baxımlı görünür.

Amma bu vədlərə də individual yanaşmaq lazımdır.

Mən bu prosedurdan aylarla istifadə edib razı qalan xanımları tanıyıram. Onlarda bu gel dırnaq boyası 3 həftə və hətta 4 həftə qaldığı olur.

Lakin mən sizə öz təcrübəmdən danışacağam.

Gel dırnaq boyasının məndə ömrü maksimum 1 həftədir. Bunu deyərkən nəzərdə tutmuram ki, bütün dırnaqlar korlanır. Lakin bir dırnağın korlanması bir əli korlayır məncə.

Mən çox yaxşı salonlarda bu proseduru elətdirmişəm (hansı ki, rəfiqələrim razı qalıb və minimum 3 həftə gel lak korlanmayıb) nəticə yni olub. Belə nəticəyə gəlmişəm ki, bu prosedur mənim dırnaqlarıma görə deyil, demək ki, dırnaqlarım zəifdir.

Məndə gel dırnaq boyasından sonra nə oldu?

Dırnaqlarım zəiflədi və soyulmağa başladı. Dırnağım bir az uzanan kimi soyularaq qırılırdı, keyfiyyəti itmiş və örtük yumşalmışdı.

Çox pərişan idim, düşünürdüm artıq möhkəm dırnaqları yuxumda görərəm.

Lakin, həll yolunu tapdım və bunu sizlə bölüşmək istəyirəm.

Dırnaqlarımı necə bərpa etdim? 

Eveline 8in1 dırnaq məhsulu ilə. Hər kəsin təriflədiyi Evelinə birinci şübhə ilə yanaşdım, çünki, belə məhsulların dırnağı möhkəmlətdiyinə inanmaq istəyirdim, amma şübhələtim daha yüksək idi.

Süd rəngi olan bu məhsul dırnaqlara həm parlaqlıq verir, həm süd rəngi verərək daha səliqəli görünüm yaradır. Ona görə heç bir şey itirməyəcəyimi düşünərək istifadə etməyə başladım.

untitled-1

Necə istifadə edirdim?

3 gün hər səhər 1 qat dırnağıma çəkirdim, 4cü gün silirdim və səhəri eyni qaydada 3 gün hər səhər 1 qat çəkib 4cü gün silib istirahət verirdim. Bir müddət bunu etdim (2-3 həftə)

Nəticə

İndi dırnaqlarım çox möhkəmlənib düşünürəm, əvvəllər heç gel dırnaq boyasından əvvəl də uzanmayan dırnalarımı indi asanlıqla uzadıram və artıq bezib kəsdirirəm.

Bu məhsul doğrudan effektivdir.

Mənfi tərəfi : 

Manikurdan dərhal sonra tətbiq etdikdə, kutikula olan hissələr həssas olduğundan bu məhsul bir az dırnaq diblərini yandırır və qəribə ağrı verir. Bunu mən müşahidə etmişəm, bəlkə də sizdə belə bir şey olmadı.

Bu məhsul dırnaq bərpası üçün məsləhət görəcəyim məhsuldur, ən yaxınlarıma hər zaman bunu məsləhət görürəm. Mənim izləyicilərim də mənimçün dəyərli olduğu üçün bunu sizlə bölüşmək istədim  <3

Mən bu məhsulu öz manikur ustamdan almışam, amma bilirəm ki, 28 may metrosu ətrafında olan kosmetik dükanlarda satılır.

Qiyməti 3-5 manat cıvarındadır.

 

1 Comment

Leave a Reply