TATYANA BOYKO BAKIDA MASTER KLASS KEÇİRDİ

Salamlar hər kəsə.

Yadınızdadırsa ötən günlərdə sizlə dəvətli olduğum vizajist Tatyana Boykonub master klasından xəbər vermişdim. Master klass 17-18 oktyabr tarixlərində Ramada Oteldə baş tutdu. By master klası demək olar ki, paytaxtın və digər şəhərlərin ən öndə gedən salonlarından vizajistlər səbrsizliklə gözləyirdilər.
Tatyana Boyko kimdir? Onu Ukraynanın ən tələb olunan vizajisti hesab etmək olar. Onun Kiyevdə yerləşən gözəllik salonu və öz makiyaj bacarıqlarını öyrətdiyi “Boyko school” məktəbi var. Onun makiyaj xidmətlərindən Ukraynanın ən tanınmış simaları istifadə edir.

Bakıda keçirilən tədbirdə isə vizajistlərə üzün və gözlərin formasına görə doğru makiyajın edilməsi barədə dərslər verildi.
Tədbirdə həmçinin Kryolan Azərbaycan iştirak edirdi. Kryolan Azərbaycanın keçirdiyi lotoreyada 3 vizajist firmadan hədiyyələr qazandı, həmçinin bütün içtirakçılara 10% endirim kartı hədiyyə edildi. Bununla yanaşı tədbirdə Azerbaycanda permanent üzrə rəsmi distryubyutor olan Biotek tərəfindən tədbirdə iştirak edən vizajistlərdən 3 nəfər permanent makiyaj dərslərinə 50% endirim qazandı.
Kirpik qaynağı üzrə rəsmi distryubyutor olan Neicha firması da 3 şanslı vizajisti öz dərslərinə olan 50% endirim hədiyyəsi ilə sevindirdi.
Tədbirin sonunda isə əlbəttə, masterclassda iştirak edən hər bir vizajəst diplomla təlfif edildi.

Bucür tədbirlərin tez-tez keçirilməsi həm bizə, həm vizajistlərə həm də makiyaj xidmətlərindən istifadə edən xanımlarımız üçün çox xoş və yararlıdır.

Təbdirdən olan şəkilləri sizə təqdim edirəm.

Boyko School haqqında daha ətraflı aşağıdakı linklərdən öyrənmək olar

İnstagram 

Youtube

TATYANA BOYKO BAKIDA MASTER KLASS KEÇİRDİ

TATYANA BOYKO BAKIDA MASTER KLASS KEÇİRDİ

TATYANA BOYKO BAKIDA MASTER KLASS KEÇİRDİ

TATYANA BOYKO BAKIDA MASTER KLASS KEÇİRDİ

TATYANA BOYKO BAKIDA MASTER KLASS KEÇİRDİ

TATYANA BOYKO BAKIDA MASTER KLASS KEÇİRDİ

Leave a Reply