Mənə ən çox gələn suallardan biri budur. Tonal krem dərimə yaxşı oturmur, nə edim?
Gəlin ilk öncə araşdıraq ki, bunun səbəbi nədir?
Tonal kremin dəriyə hamar oturmamasının səbəbi çox ola bilər. Onlardan ən yayılanı aşağıdakılardır.
- Tonal kremin dəri tipinizə uyğun seçməmisiniz.
- Dərinizi peeling etmirsiniz.
- Tonal kreminizin rəngi dəri rənginizdən fərqlənir.
- Baza və ya nəmləndirici istifadə etmirsiniz.
- Yanlış fırça ilə tətbiq edirsiniz.
İlk öncə vurğulamaq lazımdır ki, tonal kremi mütləq dəri tipinizə uyğun seçməlisiniz. Dəri tipiniz yağlıdırsa krem kirşanlara üstünlük versəniz daha yaxşı olar. Əksinə qurudursa daha çox maye şəklində olan tonal kremlərə nəzər yetirin. Ən əsası bilin ki, tərkibi yağlı olan tonal kremlər dərinizdə yığılıb qalacaq və xoşagəlməz görüntü yaradacaq.
Dərinizi yaxşı təmizləməsəniz və mütəmadi olaraq peeling etməsəniz, dərinizdə ölü hüceyrələr qalacaq, bunlar da tonal kremin hamar şəkildə çəkilməsinə mane olacaq.
Tonal kreminizin rəngi öz dəri rənginizə uymursa 90% hallarda üzünüzdə müəyyən hissələrdə yığılır və çox çirkli görüntü yaradır.
Hər teksturaya uyğun fırçalar vardır. Məsələn, maye şəklində olan tonal kremləri ən yaxşısı seyrək, nazik tükləri olan bu fırçalarla dairəvi şəkildə tətbiq etməkdir.
Sigma duo fibre F50.
Daha qatı maye şəklində olan tonal kremləri sıx, çox tükləri olan fırçalarla tətbiq etmək ən yaxşı varıantdır.
Sigma flat kabuki F80
Krem kirşanları bu cür süngərlə tətbiq etmək – şəxsən mənim tərcihim belədir. Ümumiyyətlə bu cür süngərləri istənilən tekstura üçün istifadə edə bilərsiniz. Nə qədər nəm olsa o qədər yüngül olacaq tonal kreminiz, nə qədər quru olsa o qədər örtücü oturacaq. Mən toz kirşanları da quru süngərlə tətbiq etməyi sevirəm.
Son olaraq mütləq bunu qeyd edim ki, tonal krem tətbiq edərkən az-az götürün məhsulu. Kobud dildə desək palçıq kimi üzünüzə tətbiq etməyin. Az-az götürün, gördünüz örtücülüyü qane etmir, ikinci lay çəkin.