ÜZ YUMADA KÖMƏKÇİLƏRİM

Soruşsanız ki, dəriyə qulluqda ən əsas olan nədir? Cavabım – dərini təmizləmək olar. 

Dərini makiyajdan, gündəlik havanın çirkindən – təmizləmək vacibdir. Mən öz köməkçilərimdən yazmaq istəyirəm. 

3 cür üz yuma vasitəm var. Gel, köpük və yağ şəklində. 

Neutrogena Visibly Clear. 

IMG_4717

Bu gel barədə instagramda da, youtubeda da çox danışmışam. Gündəlik istifadə etdiyim geldir. Ətri çox gözəldir. Bu gel vasitəsilə demək olar ki, üzümdəki xırda səpgilərdən xilas olmuşam. Artıq ikinci qabdır ki, istifadə edirəm. Tərkibində 2% salisil turşusu vardır ki, bunun da sızanaqlarla mübarizədə kömək olduğunu bilməyən yoxdur. Dərini tam təmizləyir. Bu məhsuldan sonra dərini nəmləndirməyiniz məsləhətdir, dərini qurudur. Mənim dərim qarışıqdır, quruluğa meyllidir. Yağlı dərilər üçün tam ideal geldir, amma quru və problemli dərilər də rahatlıqla istifadə edə bilər. Nəm dəriyə tətbiq edib, yaxud Clarisonic aparatına geli tətbiq edib dairəvi hərəkətlərdə dərinizi təmizləyə bilərsiniz. İlıq su ilə durulayın. 

Aldığım səhifə instaqramda: @dreamy.corner

The Body Shop Aloe Calming foaming wash. 

IMG_4716

Bu köpükdən çimərkən istifadə edirəm, makiyajı əla çıxarır, dərini yumşaldır, sakitləşdirir və ətri də çox gözəldir. Dəriniz həssasdırsa və onu yumşaq şəkildə təmizləmək istəyirsinizsə, bu məhsul sizə uyğundur. Məhsulu 2 dəfə sıxmaq bütün üzü yumağa kifayət edir, nəm dəriyə tətbiq edin və su ilə durulayın. 

Aldığım səhifə: @multi_brand_baku

The Body Shop Camomile butter

IMG_4715

Makiyaj təmizləmək üçün yağ. Birinci dəfə bu məhsulu görəndə intuitiv olaraq hiss etdim ki, bu məhsulu çox sevəcəm. Doğrudan da hisslərim məni yanıltmadı. Çox gözəl məhsuldur, öyrəşdiklərimiz gel, köpüyün əksinə dərini qurutmur, gözləri qəti yandırmır, dərini incitmir, qıcıqlandırmır və çox gözəl makiyaj təmizləyir. Ən çox bu məhsulu sizə məsləhət görərdim. Quru dərili xanımlara xüsusən, yağlı dərili xanımlarda necə reaksiya yaradar bilmirəm. Quru dərinizə barmaqlarınızın ucunda bu məhsuldan tətbiq edin və dairəvi hərəkətlər edin. Daha sonra su ilə durulaya yaxud, nəm dəsmalla dərinizi silə bilərsiniz. 

Aldığım səhifə : @multi_brand_baku

Leave a Reply